Accessibility links

Azərbaycan ifaçısı “Avroviziya-2021” mahnı müsabiqəsinin finalına çıxıb


Mayın 18-də Niderlandın Rotterdam şəhərində keçirilən “Avroviziya -2021” mahnı müsabiqəsinin birinci yarımfinalında Azərbaycan ifaçısı Samirə Əfəndi finala vəsiqə qazanıb.

Samirə Əfəndinin ifa etdiyi “Mata Hari” mahnısı səsvermədə dördüncü olub.

Final mərhələsində həmçinin, Norveç, İsrail, Rusiya, Malta, Litva, Kipr, İsveç, Belçika və Ukraynanın da iştirakçıları çıxış edəcək.

Müsabiqənin ikinci yarımfinalı mayın 20-də, finalı isə mayın 22-də olacaq.

XS
SM
MD
LG