Accessibility links

"Beynəlxalq ictimaiyyəti Azərbaycan hökumətini cavabdeh tutmağa çağırırıq"


"Biz Azərbaycan hakimiyyətinı insan haqları pozuntularını dərhal dayandırmağa və beynəlxalq birliyi hökuməti cavabdeh tutmağa çağırırıq." Bu mesajla İnsan Haqları Evi Fondu və İnsan Haqları Evləri Şəbəkəsi Azərbaycan hökumətinin COVID-19 başlayandan bəri ölkədə dinc etirazlara və müxalifətə artan hücumlardan narahatlığını idadə edib.

`Biz, aşağıda imza atanlar, Azərbaycan hökumətinin ölkədə COVID-19 başlayandan bəri dinc etirazlara və müxalif səslərə artan basqılarının şahidi olmuşuq və bununla bağlı narahatlığımızı bildiririk. İfadə və sərbəst toplaşmaq azadlığı əsasdır və Azərbaycanın beynəlxalq hüquq qarşısında öhdəlikləri var. Bununla yanaşı, hakimiyyət pandemiyadan istifadə edərək, pandemiyaya məhəl qoymayan və infeksiyanın artımasını şübhə altına alan hər kəsə qarşı daha bir sərt basqı həyata keçirir. Azərbaycan hökuməti bu cür addımları dərhal dayandırmalı, qanunsuz olaraq həbs olunanları azad etməli və toplaşmaq və ifadə azadlıqlarını qorunması kimi insan haqlarına dair öhdəliklərinə əməl etməlidir,` dünya boyu bir sıra insan haqları evləri fondlarının imzaladığı müraciətdə bildirilir.

İnsan Haqları Evləri şəbəkəsi koronavirusla bağlı yoluxma və ölüm saylarını azaltmaq üçün həyata keçirilən tədbirləri dəstəkləyir. Lakin dövlət orqanları bu tədbirləri görərkən insan haqları pozuntularına yol verməməlidirlər.

Müraciətdə son günlərdə baş verən polis özbaşınalığə və arbitrar həbslər xüsusi qeyd olunur. Bu sırada tələbə etirazlarının dağıdılması, Yasamal rayonunda ictimai narazılığa səbəb olan polis reydi və digər həbslər vurğulanır.

"Bu yaxınlarda Bakının Yeni Yasamal məhəlləsinin sakinlərinin polisin hücumuna məruz qaldıqları, mənzillərindən sürüklənərək çıxarılıb həbs edilmələri kimi hadisələr də baş verib," müraciətdə bildirilir. "Kərim Süleymanlı adlı bir sakin iyunun 9-da nəzarətə alındıqdan sonra 30 polis əməkdaşı tərəfindən beş saat döyüldüyünü iddia edib."

Karantin rejimində tutulanlara verilən inzibati cəzalara etiraz edən hüquq müdafiəçiləri Azərbaycan hökumətiunin fundamental siyasi azadlıqlara hörmət edəcəyi barədə öz üzərinə götürdüyü öhdəliklərə riayət etməyə çağırır.

"İnsan Haqları Evləri şəbəkəsi koronavirusla bağlı yoluxma və ölüm saylarını azaltmaq üçün həyata keçirilən tədbirləri dəstəkləyir," müarciətdə vurğulanır. "Lakin dövlət orqanları bu tədbirləri görərkən insan haqları pozuntularına yol verməməlidirlər."

Norveçdə qərargahlanan İnsan Haqları Evinin Avopanın bir neçə şəhərlərində filialları və tərəfdaşları var ki, bu qruplar müntəzəm olaraq baş verən insan haqları pozuntuları üzrə monitorinq işləri aparırlar.

XS
SM
MD
LG