Accessibility links

Azərbaycan internet azadlığı indeksində Qafqaz qonşularından geridə qalır


Noyabrın 1-də Freedom House təşkilatı özünün 2018-ci il üçün İnternet Azadlığı "Freedom on the Net 2018" hesabatını açıqlayıb.

Hesabatda deyilir ki, dünya boyunca hökumətlər vətəndaşların məlumatları üzərində nəzarəti artırır və fərqli düşüncəni sıxışdırmaq məqsədilə “saxta xəbər” ittihamlarından istifadə edir və beləliklə də həm internetə etimadı, həm də demokratiyanın əsaslarını sarsıdır.

Internetdə təbliğat və dezinformasiya rəqəmsal sferanı getdikcə daha çox zəhərləyir.

Təşkilat qeyd edir ki, internetdə təbliğat və dezinformasiya rəqəmsal sferanı getdikcə daha çox zəhərləyir.

Bütün bunlar 2018-ci ildə qlobal internet azadlığının tənəzzülünə səbəb olub.

Eyni zamanda Çin nəinki öz daxilində internet azadlığını məhdudlaşdırmaqda davam edir, üstəlik başqa ölkələrə vətəndaşların internet fəaliyyətlərinin izlənməsi və güdülməsi üçün avadanlıq və cihazlar satır.

Dezinformasiya kampaniyaları sosial mediada geniş yer alıb.
Dezinformasiya kampaniyaları sosial mediada geniş yer alıb.

Hesabatda qeyd olunur ki, Azərbaycan, o cümlədən Ermənsitan izləmə texnologiyalarını Pekindən alırlar.

İnternet Azadlığı 2018 hesabatında 65 ölkədəki vəziyyət araşdırılıb.

İnternet Azadlığı 2018 hesabatında 65 ölkədəki vəziyyət araşdırılıb. Bu bütün dünya boyunca internet istifadəçilərinin 87 faizinin vətənidir.

Hesabatda bu ölkələrdə 2017-2018-ci illərdə müşahidə olunmuş dəyişikliklərdən söhbət açılır.

Beləliklə hesabat 65 ölkədə internet və rəqəmsal media azadlığının dərəcəsini ölçüb. Bunun üçün 0-dan 100-dək qiymətləndirmə sistemindən istifadə olunub. Bu qiymətləndirmədə 0 “ən çox azadlığı”, 100 isə “ən az azadlığı” göstərir.

Bu kriteriya ilə 0-30 arasında qiymət alan ölkələr azad ölkələr, 31-60 arasında qiymət alan ölkələr qısmən azad və 61-100 arasında qiymət alan ölkələr isə azad olmayan kateqoriyasına aid edilib.

Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan müvafiq olaraq 25 və 27-ci yerləri tutmaqla azad ölkələr hesab olunub.

Azərbaycan bu qiymətləndirmədə 60-cı pilləni tutmaqla azad olmayan ölkələrlə qismən azad ölkələrin “sərhədinə” düşüb, qismən azad ölkə hesab edilib. Burada azad olmayanlardan Azərbaycanın qonşusu Qazaxıstan (61), qismən azadlardan isə Kambocadır (59).

Azərbaycanın qonşuları Gürcüstan və Ermənistan müvafiq olaraq 25 və 27-ci yerləri tutmaqla azad ölkələr hesab olunub.

Hesabatda ölkələrdə internet azadlığının dinamikası da izlənir. Məsələn Azərbaycanda internet azadlığı 2017-2018-ci illər ərzində azaldığı halda, Ermənistanda artıb. Hərçənd hesabatda vurğulanır ki, Ermənistanın qismən azad kateqoriyasından azad kateqoriyasına keçməsində bu ölkədə baş vermiş “məxməri inqilab” həlledici rol oynayıb.

Skandinaviya və Baltikyanı ölkələr internet azadlığı baxımdan ən yüksək göstəricilərə malikdir.
Skandinaviya və Baltikyanı ölkələr internet azadlığı baxımdan ən yüksək göstəricilərə malikdir.

Azad ölkələr kateqoriyasına gəlincə burada Estonia (6), İslandiya (6) və Kanada (15) ilk üç yeri tuturlar.

Birləşmiş Ştatların göstəricisi 22, Birləşmiş Krallığın göstərici isə 23-dür. Avstraliya 19-cu pillədədir. Bu ölkələr azad ölkələrin ilk beşliyinə daxil olub.

XS
SM
MD
LG