Accessibility links

Azərbaycan internetin sürətinə görə son iki ildə 33 pillə geriləyib


Cable şirkətinin `Dünya üzrə genişzolaqlı sürətli internet şəbəkəsi-2019` hesabatı
Cable şirkətinin `Dünya üzrə genişzolaqlı sürətli internet şəbəkəsi-2019` hesabatı

Azərbaycan internetin sürətinə görə 208 ölkə arasında 142-ci yeri tutur, bu da ötən iki il ilə müqayisədə 33 pillə geriləmək deməkdir.

Bu "Cable" şirkətinin `Dünya üzrə genişzolaqlı sürətli internet şəbəkəsi-2019` hesabatında əksini tapıb.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Facebook səhifəsində yazıb ki, kifayət qədər nüfuzlu “Cable” qurumunun yüksək sürətli internetlə bağlı statistikasında Azərbaycan bir sıra Afrika və Mərkəzi Asiya ölkələrilə qonşuluqda yer alır.

“Cable” 12 ay ərzində 208 ölkə arasında (may, 2019-dək ) aparılan milyonlarla test nəticəsində toplanan materialları analiz etməklə bu statistikanı açıqlayıb. 2018-ci ildə Azərbaycan 135-ci, 2017-ci ildə 102-ci yerdə olub, indi isə 142-ci yerdə qərar tutub. Bu isə o deməkdir ki, Azərbaycan internetin sürətinə görə son bir ildə 7 pillə, son iki ildə 33 pillə geriləyib. 2019-cu ildə dünya üzrə orta sürət 11 mb/s olub. Azərbaycanda internetin sürəti dünya üzrə orta göstəricidən 3.5 dəfə (3.1 mb/s) aşağıdır”.

Osman Gündüz
Osman Gündüz

Osman Gündüz reytinq cədvəlində subyektivlik ola biləcəyini istisna etməsə də etbarlılığını da şübhə altına almır.

"Nəticələri açıqlayan qurum kifayət qədər oturuşmuş və nüfuzlu qurumdur. Ciddi partnyorları var. Əslində mənim üçün də, elə sektorda olan çoxları üçün də bu nəticələr gözləniləndir.”

Ekspertə görə, bunun səbəbi Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin son iki ildə yürütdüyü səhv siyasətidir ki, genişzolaqlı internetlə bağlı bütün yükü öz üzərinə götürüb, etiraf eləməkdən də çəkinmir.

“Nazirlik deyir ki, hər şeyi özü edəcək. Ona görə də bütün rabitə quyularının ağzını bərk-bərk bağlayıb və heç bir özəli Kabel-Kanal sistemini yaxın buraxmır. Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib,” ekspert belə deyir.

Nazirlik təbii-inhisar subyekti olaraq, tənzimləyici və kommersiya səlahiyyətlərinə sahib olaraq, qanuni kommersiya səlahiyyətlərindən sui- istifadə edərək İnternet bazarında tam üstünlük əldə edib.
Osman Gündüz, İnternet Forumunun prezidneti

Ekspertə görə, sektorda dövlətin xüsusi çəkisi hədsiz dərəcə yükəslib, “Azercell” dövlətləşəndən sonra nazirlik mobil internet bazarında bu qurum üçün daha üstün vəziyyət yaratmaqda maraqlıdır.

Gündüz deyir ki, internet bazarının 50% -ni ələ keçirən dövlət provayderləri indi yeni infrastruktur yaratmaq əvəzinə, nazirliyin tabeliyində olan dövlət operatorları gecələr özəl provayderlərin müştərilərini “oğurlamaqla” məşğuldur:

“İndi mən bu statistikaya cavabdeh qurum olan NRYTN-ə sual edirəm. Bu yuxarıdakı statistika sizə necə təsir edir? Azərbaycanın indiki inkişaf səviyyəsinə uyğundurmu bu statistika? Əgər özəl Provayderlərə Kabel-kanal sisteminə daxil olmağa icazə versəydiniz, onların da resurslarından istifadə etsəydiniz, özəllər üçün münbit şərait yaratsaydınız, regionlarda normal infrastruktur qurulsaydı, özəl backbone provaydrein 70% -lik qiymət endirimini blokadaya almasaydınız, bu nəticələr necə dəyişə bilərdi?” o sual edir.

Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Cable” apardığı statistikaya və ekspertin şərhinə hələ münasibət bildirməyib.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG