Accessibility links

Azərbaycan istiqlal hərəkatının aparıcı simalarından olan Hikmət Hacızadə vəfat edib


Hikmət Hacızadə vəfat edib
please wait

No media source currently available

0:00 0:02:54 0:00

Azərbaycan xalq hərəkatının tanınmış simalarından biri, Əbülfəz Elçibəy hökumətində baş nazirin müavini olmuş Hikmət Hacızadə noyabrın 20-də ağır xəstəlikdən sonra vəfat edib.

Hikmət Hacızadə 1954-cü ildə Bakıda anadan olub. 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin fizika fakültəsini bitirib, fizika-riyaziyyat elmlər namizədi idi.

O 1988-ci ildə başlayan Azərbaycanın istiqlal hərəkatında fəal iştirak edib, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, birinci İdarə Heyətinin üzvü, "Svoboda" qəzetinin redaktoru olub. Xalq Cəbhəsinin hakimiyyəti dövründə baş nazirin müavini və Azərbaycanın Rusiyada səlahiyyətli nümayəndəsi işləyib.

1993-cü ildən Müsavat Partiyasının və onun Divanın üzvü olub.

Demokratiya problemləri ilə bağlı Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə", "İnsan Haqları - bəşəriyyətin əsas ideyası", "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.

Şərhlərə bax

XS
SM
MD
LG