Accessibility links

Azərbaycan komandası Tokio Yay Paralimpiyasını 19 medalla başa vurub


Tokio olimpiadası
Tokio olimpiadası

Azərbaycan təmsilçiləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha iki qızıl medal qazanıb.

Para-atlet Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda 55 saniyə ilə bütün rəqiblərini geridə qoyub. O, həmçinin paralimpiya rekordunu təzələyib.

Bundan əlavə, digər para-atlet Orxan Aslanov uzunluğa tullanma növündə qızıl medal qazanıb. O, 7,36 metr nəticə göstərib.

Beləliklə, Tokio-2020 Yay Paralimpiya Oyunları Azərbaycan idmançıları üçün başa çatıb. Yarışda ölkəni 34 paralimpiyaçısı təmsil edib.

Aktivində 14 qızıl, 1 gümüş və 4 bürünc medal olan Azərbaycan komandası 9-cu pillədə qərarlaşıb.

Olimpiya yarışları sentyabrın 5-də yekunlaşır.

XS
SM
MD
LG