Accessibility links

Azərbaycan koronavirusla mübarizəyə iki milyard manata yaxın pul xərcləyib


Azərbaycan hökuməti koronavirusa qarşı mübarizə və ölkədəki sosial-iqtisadi vəziyyətdəki mənfi nəticələrin aradan qaldırılması üçün tədbirlərə təxminən 2 milyard manata yaxın və ya dövlət büdcəsinin xərc hissəsinin 7,5 faizini xərcləyib.

Bu barədə Maliyyə Nazirliyi ölkənin 2020-ci il üçün əsas maliyyə sənədinin icrası barədə operativ hesabatında bildirir.

Hökumət COVID-19 koronavirus pandemiyası ilə mübarizə xərcləri barədə tam deyil, ümumiləşdirilmiş məlumat verib. 1 milyard 985,6 milyon manat vəsaitdən məşğulluq tədbirləri, sahibkarların itkilərinin ödənilməsi, həmçinin kreditlərin maliyyələşdirilməsi, təhsil və elektrik enerjisi xərcləri üçün 1 milyard 334,1 milyon manat (67,1%) xərclənib.

Həmin vəsaitdən 612,5 milyon manatı koronavirusla mübarizə tədbirlərində iştirak edən tibb işçilərinə əlavənin ödənilməsinə, zəruri tibbi ləvazimatların və avadanlıqların, dərman vasitələrinin alınmasına, çarpayı fondunun artırılması və ixtisaslaşmış xəstəxanaların fəaliyyətlərinin təmin edilməsinə, karantin nəzarətinə götürülmüş şəxslərə karantin müəssisələrində göstərilən xidmətlərlə bağlı xərclərin ödənilməsinə yönəldilib - deyə, Maliyyə Nazirliyi məlumat verir.

Nazirlik bu xərclərin strukturunu açıqlamır.

2020-ci il ərzində koronavirus (COVID-19) pandemiyası ilə bağlı beynəlxalq miqyasda tədbirlərin dəstəklənməsi məqsədilə 39,3 milyon manat məbləğində, o cümlədən Ümumdünya Səhiyyə Təşkilatına 17,0 milyon manat, UNESCO və İCESCO təşkilatlarına 3,4 milyon manat və 18 xarici ölkəyə 18,9 mln. manat beynəlxalq yardımlar göstərilib.

Şərhlərə bax

XS
SM
MD
LG