Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçisinin saxlanıldığını bildirir


Erməni hərbçisi ağ bayraq qaldırıb

Azərbaycan hərbçilıəri cəbhə xəttində erməni hərbçisini saxlayıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir ki, avqustun 12-də cəbhənin Füzuli rayonu istiqamətində ermənilər tərəfindən fərarilik etmiş hərbi qulluqçu Aro Kazaryan saxlanılıb.

“İlkin dindirilmə nəticəsində müəyyən olunub ki, düşmən hərbiçisinin fərarilik etməsinə səbəb xidmət etdiyi hərbi hissədə baş verən özbaşınalıq, hərbi qulluqçulara qarşı edilən dözülməz və qeyri-insani münasibətdir.
Erməni hərbi qulluqçu Kazaryanın uzun müddət ərzində dəfələrlə komandirləri və digər hərbi qulluqçular tərəfindən fiziki və mənəvi təzyiqlərə məruz qalması onun baş nahiyəsindəki hematomaları və bədənindəki yaralardan da aydın görünür,” məlumatda qeyd edilir.

Hazırda Aro Kazaryana tibbi yardım göstərilir.

Azərbaycan Müdafiə Nazirliyi erməni hərbçisinin təslim olma anını əks etdirdiyi bildirilən foto da yayıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arsun Ovenisyan məlumatı təsdiq edib.

“Hazırki anda Azərbaycan ərazisində Ermənistan vətəndaşının olmasını təsdiq edirəm. Onun kimi təmsil etdiyini və digər təfərrüatlar barədə müvafiq qurumlar məlumat verəcək ,” Ovenisyan qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG