Accessibility links

Azərbaycan Müdafiə Nazirliyi müharibədə həlak olmuş hərbi qulluqçuların adlarını açıqlayıb


Azərbaycan Respublikasının Müdafiə Nazirliyi
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi dekabrın 8-də Dağlıq Qarabağda son hərbi əməliyyatlar zamanı həlak olanların adlarını açıqlayıb.

"Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Vətən müharibəsində 2783 nəfər şəhid olmuş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları barədə 3 dekabr 2020-ci il tarixli məlumatına əlavə olaraq bildiririk ki, bu günədək 2723 şəhidimiz dəfn edilib”, Müdafiə Nazirliyi bildirilib.

Nazirliyin siyahısında dəfn edilmiş hərbçilərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatlar təqdim olunub.

İtkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və şəxsiyyəti müəyyən olunmayan şəxslərin identifikasiyası üzrə işlər davam etdirildiyi və ölkə ictimaiyyətinə bu barədə mütəmadi əsasda məlumat veriləcəyi bildirilib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Rusiya və Ermənistan tərəfindən bütün hərbi əməliyyatların dayandırılmasına dair üçtərəfli bəyanat imzalanıb.

Razılışmaya əsasən Ermənistan noyabrın 25-dək Kəlbəcər rayonunu, noyabrın 20-dək Ağdam rayonu və Qazax rayonunun ərazisindəki kəndləri, dekabrın 1-dək isə Laçın rayonunu qaytarmaq öhdəliyi götürüb.

Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3-də ilk son hərbi əməliyyatlar zamanı hərbi itkilərlə bağlı açıqladığı məlumatları açıqlayaraq, Silahlı Qüvvələrin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu bildirib. Nazirlik 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlərin davam etdirildiyini, 100 nəfərdən artıq hərbi qulluqçunun isə itkin düşmüş hesab olunduğunu bildirib.

XS
SM
MD
LG