Accessibility links

Azərbaycan mədəniyyət nazirinin keçmiş müavini 8 il həbsə məhkum edilib


Rafiq Bayramov
Rafiq Bayramov

Avqustun 17-də Bakı Ağır Cinayətlər Məhkəməsi mədəniyyət nazirinin keçmiş müavini Rafiq Bayramovu 8 il həbsə məhkum edib.

Məhkəmə həmçinin onun üzərinə həbs qoyulan əmlakının dövlətin xeyrinə müsadirə edilməsi barədə qərar çıxarıb.

Bayramov son sözündə özünü təqsirkar bilməyib. Həmçinin o vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı ittihamları da rədd edib.

Bayramovun sözlərinə görə, onun sənədlərə imza atmaq səlahiyyəti olmayıb və o maddi məsul şəxs olmayıb. O həmçinin rüşvət ittihamını da qəbul etməyib.

Rafiq Bayramov və nazirliyin Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov 2020-ci ilin mayında Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyatı nəticəsində saxlanılıb.

Hər iki şəxsə qarşı vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə, vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.

Sonradan Sultanova qarşı cinayət işi ayrı icraata ayrılıb.

XS
SM
MD
LG