Accessibility links

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini qaldırdı


mərkəzi bank
mərkəzi bank

Azərbaycan Mərkəzi Bankı İdarə Heyəti uçot dərəcəsini yüksəltməsi haqqında qərar qəbul edib.

Bu barədə Mərkəzi Bankın məlumatında deyilir.

Məlumatda qeyd edilir ki, Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 6,25%-dən 6,5%-ə, dəhlizin aşağı həddinin 5,75%-dən 6%-ə, yuxarı həddinin isə 6,75%-dən 7%-ə yüksəldilməsi barədə qərar qəbul edib.

Məlumatda həmçinin deyilir ki, uçot dərəcəsinə dair qərar qlobal iqtisadiyyatda güclənən inflyasiya proseslərinin, xüsusilə ərzaq və xammal qiymətlərinin, nəqliyyat və logistika xərclərinin artımının milli iqtisadiyyata ötürülməsi prosesinin güclənməsi, həmçinin ertələnmiş daxili tələbin yüksəlməsi fonunda təklifin geri qalması, tənzimlənən qiymət və tariflərin liberallaşdırılması proseslərinin təsiri nəzərə alınmaqla qısa və ortamüddətli inflyasiya amillərinin proqnozu əsasında qəbul edilib.

“Qeyd olunan amillər qiymətlər sabitliyinin risklər balansında inflyasiya amillərinin rolunu gücləndirməklə monetar - fiskal siyasətin neytrallaşdırıcı təsirini zəiflədir.

Proqnoz horizontunda inflyasiyanın hədəfdən kənarlaşmasının qarşısının alınması pul siyasətinin fasilə götürülmə mərhələsindən çıxışını şərtləndirir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və proqnoz göstəricilərinin dəyişimi, risk balansında dəyişikliklər, habelə iqtisadiyyatın cari vəziyyəti və onun ortamüddətli dövrdə inkişaf perspektivləri nəzərə alınmaqla qəbul ediləcək.”

Bank qeyd edir ki, 29 oktyabr tarixində qәrarın açıqlanması mәtbuat konfransı ilә müşayiәt olunacaq.

İqtisadçı ekspert Toğrul Vəliyev Amerikanın Səsinə bildirib ki, bu inflyasiyadır.

"İnflyasiyanın yüksək artım templəri qeydə alınanda (12 aylıq inflyasiya səviyyəsi artıq 7%-ə yaxındır, ərzaq inflyasiyası isə 8%) adətən MB ən rahat yolu seçir - uçot dərəcəsinin artırılması.Bu yol ilə onlar inflyasiya səviyyəsini cilovlamağa çalışırlar"deyə ekspert əlavə edib.

Xatırladaq ki, bu, son 5 ildə ilk faiz artımıdır. 2016-cı il sentyabrın 14-də uçot dərəcəsi 9,5 %-dən 15 %-ə qaldırılmışdı.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG