Accessibility links

Azərbaycan Milli Kinosu Gününə həsr olunmuş tədbir keçirilib


Kinematoqrafçılar İttifaqı Milli Kino Gününü qeyd edib
please wait

No media source currently available

0:00 0:05:09 0:00

Avqustun 1-də Azərbaycan Kinomatoqrafçılar İttifaqında Azərbaycan Milli Kinosu Gününə həsr olunmuş tədbir keçirilib.

Tədbir çərçivəsində Kino Evinin açılışı olub.

Açılış mərasiminə bir sıra mədəniyyət xadimləri, ziyalılar, aktyorlar, kinorejissorlar qatılıbl.

Bundan başqa, bir çox kinematoqrafçılara Azərbaycan kinosunda göstərdikləri fəaliyyətlərinə görə mükafatlar təqdim olunub.

Mükafatları Baba Vəziroğlu, Qulu Məhərrəmli, Rasim Balayev kimi Azərbaycan ziyalıları təqdim edib.

Bu ilki mükafatlara yaradıcı ziyalıların dörd nümayəndəsi layiq görülüb.

Öz növbəsində Azərbaycan Kinematoqrafçılar İttifaqının rəhbəri Rüstəm İbrahimbəyov Amerikanın Səsinə müsahibəsində bu yaxınlarda Azərbaycanda kino məktəbinin açılacağını bildirib. Onun sözlərinə görə, ölkənin tanınmış mütəxəssisləri kino sahəsi ilə maraqlanan gənclərə peşə dərsləri verəcək.

Azərbaycan kinosunun hazırkı durumuna toxunan kinorejissor bildirib ki, bu sahədə əsas problemlərdən biri maliyyə vəsaitinin az olmasıdır.

XS
SM
MD
LG