Accessibility links

Azərbaycan nümayəndələri ABŞ-da `ağıllı kənd təsərrüfatı` sistemi ilə tanış olub


Azərbaycandan olan nümayəndə heyəti ABŞ-ın Missuri ştatının Jeferson şəhərinin Rotary klubunun dəvəti ilə kənd təsərrüfatı yenilikləri və ABŞ mədəniyyəti ilə tanış olmaq məqsədi ilə ABŞ-a səfər edib.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin Facebook səhifəsində yaydığı məlumatda deyilir ki, nümayəndə heyəti iqlim dəyişikliklərini nəzərə alaraq, düşünülmüş “ağıllı kənd təsərrüfatı” sistemi, turizm, şərabçılıq və ştatın fermerlik ənənələri ilə tanış olub. Onlar həmçinin, su və torpaq ehtiyatları haqqında da məlumat almaq imkanı əldə edib.

5 nəfərdən ibarət Azərbaycan nümayəndə heyətinin səfəri Open World liderlik proqramı çərçivəsində baş tutub. Proqramın əsas məqsədi müxtəlif ölkələrdən olan liderlər arasında möhkəm bağların yaradılmasıdır.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG