Bu gün, martın 30-da Azərbaycan Ordusuna dəstək məqsədi ilə 2020-ci il iyulun 14-də keçirilən aksiya zamanı yaranmış insident faktı üzrə həbs edilən şəxslərin cinayət işi üzrə təqsirləndirilən 12 nəfərin (üçüncü qrup) məhkəmə prosesi zərəçəkmişlərin ifadəsi ilə davam etdirilib. İfadə verən zərəçəkmişlərin əksəriyyəti ittiham olunan şəxlsəri tanımadığını və hadisə yerində görmədiyini bildirib. Bir polis əməkdaşı ittiham edilənlərdən iki nəfəri gecə saat 4-də hadisə yerində gördüyünü deyib. Bu zaman ittiham edilən şəxs saat 3-də akyianın keçirlidiyi yeri tərk etdiyini bildirib.
Məhkəmə iclası aprelin 6-da davam etdirləcək.
Hakim Ülviyyə Şükürovanın sədrliyi ilə keçirilən məhkəmə iclası Bakı Ağır Cinayətlər Məhkəməsinin binasında olub.
Bu qrupda 12 nəfər məhkəmə qarşısına çıxarılır. Onlardan 6 nəfəri, Telman Seyfullayev, İsmayıl Həsənov, Baba Süleyman, Məhəbbət Nağıyev, Ceyhun Novruzov və Gündüz Mirzəyev Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəallarıdır.
Ümumilikdə cinayət işi üzrə 37 nəfər təqsirləndirilən, 22 nəfər zərərçəkən şəxs var.
Təqsirləndirlən şəxslərdən 16 nəfəri AXCP-nin, 2 nəfəri Müsəlman Birliyi Hərəkatının, 1 nəfər isə Azərbaycan Demokratiya və Rifah Hərəkatının fəalıdır. Təqsirləndirilənlər arasında Naxçıvanın keçmiş daxili işlər naziri Siyavuş Mustafayev də var. Qalanları bitərəflərdir.
2020-ci il iyulun 14-də Bakıda minlərlə insanın Ermənistan-Azərbaycan sərhədində gedən döyüşlərə dəstək məqsədilə keçirdiyi yürüş-mitinq iyulun 15-də səhərə yaxın polis tərəfindən dağıdılıb. Aksiyanın dağıdılması zamanı polis su şırnaqlarından, gözyaşardıcı qazdan və dəyənəklərdən istifadə edib.
Belə ki, gecə saatlarında bir qrup aksiya iştirakçısı parlamentin binasına daxil olub, polis avtomobili aşırılıb. Bu zaman polis aksiyaçıları parlamentin binasından çıxarıb və polislə qarşıdurma yaşanıb.
Yaranmış insidentlə bağlı cinayət işi qaldırılıb, çoxsaylı insan həbs edilib.
Rəsmi qurumlar həbs edilənlərin sayı barədə məlumat verməsə də, hüquq müdafiəçiləri onların sayının yüzdən çox olduğunu güman edir. Onların çoxu inzibati qaydada cəzalandırılıb.
AXCP-nin məlumatına görə, Azərbaycan Ordusunu dəstəkləmək məqsədi ilə iyulun 14-də keçirilən aksiya zamanı yaranan insident faktı üzrə qaldırılmış cinayət işi üzrə bu partiyanın 45 nəfər fəalı həbs edilib.
“Onlardan 16 nəfərinə qarşı ağır ittihamlar irəli sürülüb. 15 nəfər inzibati qaydada həbs edilib, 14 nəfər şahid qismində dindirilərək sərbəst buraxılıb,” məlumatda qeyd edilir.
AXCP və digər bir sıra siyasi qurumlar həbsləri "siyasi sifariş" hesab edir.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 186 (əmlakı qəsdən məhvetmə və ya zədələmə), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətlər təşkil etmə ) və 315-ci (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) maddələri ilə günahlandırılır.
Ötən ilin noyabr-dekabr aylarında həbsdə saxlanılanların hamısı polisin nəzarətinə verilməklə sərbəst buraxılıb.