Accessibility links

Azərbaycan Ordusu əməliyyat-taktiki təlimlərə başlayıb


Bazar ertəsi Azərbaycan Ordusu genişmiqyası əməliyyat-taktiki təlimlərə başlayıb

Müdafiə Nazirliyinin məlumatında deyilir ki, müdafiə nazirinin rəhbərliyi ilə keçirilən təlimə 10.000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

“Dağlıq-meşə və çətin relyefli ərazilərdə keçirilən təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldilib,” məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, martın 18-dək davam edəcək təlimlərdə qoşunlar "terrorçu dəstələr, həmçinin qanunsuz silahlı qruplaşmalarla mübarizə və anti-terror əməliyyatları" üzrə tapşırıqları icra edəcək.

Bu, Azərbaycan Ordusunun Qarabağ münaqişəsində hərbi əməliyyatların dayandırılmasından sonra ölkə ərazisində ilk genişmiqyaslı hərbi təlimidir.

Bundan öncə, bu il fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri keçirilib.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG