Accessibility links

Azərbaycan Ordusunun hərbi təlimlərinə 15000 şəxsi heyət cəlb olunacaq


Mayın 16-dan Azərbaycan Ordusunda qoşun növlərinin cəlb edilməsi ilə hərbi təlimlər keçiriləcək

Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə nazirinin rəhbərliyi ilə keçiriləcək təlimə 15000 nəfərədək şəxsi heyət, 300-dək tank və digər zirehli texnika, 400-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri, minaatan və tank əleyhinə vasitələr, 50-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunacaq.

“Təlimlərdə Vətən müharibəsində qazanılan döyüş təcrübəsi nəzərə alınmaqla əsas diqqət qoşunların idarəolunması, döyüşə hazırolma vəziyyətinə gətirilməsi və yenidən qruplaşması, o cümlədən ümumqoşun birlikləri, Raket və Artilleriya Qoşunları, aviasiya, Xüsusi Təyinatlı Qüvvələr arasında döyüş uzlaşması və qarşılıqlı fəaliyyətin təkmilləşdirilməsinə yönəldiləcək,” məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, mayın 20-dək davam edəcək təlimlərdə qoşunlar eyni zamanda qanunsuz silahlı qruplaşmaların təxribatlarının qarşısının alınması və əks fəaliyyətlə terrorçuların zərərsizləşdirilməsi üzrə tapşırıqları da icra edəcək.

Bundan öncə Azərbaycan Ordusu bu ilin martın 15-dən 18-dək genişmiqyaslı əməliyyat-taktiki təlimlər keçirib. Müdafiə Nazirliyinin məlumatında deyilir ki, həmin təlimə 10000 nəfərədək şəxsi heyət, 100-dək tank və digər zirehli texnika, 200-dək müxtəlif çaplı raket və artilleriya qurğusu, reaktiv yaylım atəş sistemi və minaatanlar, 30-dək hərbi aviasiya və müxtəlif təyinatlı pilotsuz uçuş aparatları cəlb olunub.

Azərbaycan Orudus həmçinin bu il Türkiyə Ordusu ilə birgə təlimlər də keçirib.

Belə ki, fevralın 1-dən 12-dək Türkiyə və Azərbaycan Silahlı Qüvələrinin Türkiyənin Qars vilayətində “Qış-2021” birgə hərbi təlimləri olub.

Martın 27-də Azərbaycan və Türkiyə Ordusu “Terrorçu ilə mübarizə hərəkətlərinin tətbiqi və hava hücumu” birgə təlimləri keçirilib.

Aprelin 6-dan 8-dək Azərbaycan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə rabitə qoşunlarının birgə taktiki-xüsusi təlimləri keçirilib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG