Accessibility links

Azərbaycan Ordusunun keçmiş korpus komandiri həbs edilib


Rövşən Əkbərov
Rövşən Əkbərov

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş korpus komandiri, general-leytenant Rövşən Əkbərov Baş Prokurorluğun İstintaq İdarəsi tərəfindən aparılan cinayət işi üzrə həbs edilib.

Bu barədə yerli mediada yaılan xəbərləri Baş Prokurorluq təsdiq edib.

Yerli mediada Əkbərovun həbs edildiyi və barəsində məhkəmə tərəfindən 4 aylıq həbs qətimkan tədbiri seçilməsi ilə bağlı məlumatlar yayılıb

Baş Prokurorıluq keçmiş korpus komandirinin hansı cinayət işi üzrə həbs edildiyi barədə məlumat vermir.

Rövşən Əkbərov 1987-1988-ci illərdə Sovet Ordusunun tərkibində Əfqanıstanda xidmət edib. Sonra keçmiş SSRİ Müdafiə Nazirliynin Zaqafqaziya Hərbi Dairəsində alay komandiri olub. 1993-cü ildən Azərbaycan Ordusunda xidmətə başlayıb. Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib. 2002-ci ildən general-leytenantdır. 2011-ci ilin fevralında Ordu korpuslarından birinin komandiri təyin olunub. 2020-ci ildə vəzifəsindən azad olunaraq ehtiyata buraxılıb.

Rövşən Əkbərov 5 oktyabr 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

XS
SM
MD
LG