Azərbaycan parlament seçkisinə necə gedir?
Azərbaycanda növbədənkənar parlament seçkiləri yaxınlaşır. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçki Müşahidə Missiyası parlament seçkiləri ilə bağlı yaydığı Aralıq Hesabatda Avropa Şurasının Venesiya Komissiyası tərəfindən sərbəst toplaşma və ifadə azadlığı, media mühiti və namizədlərin qeydiyyatı ilə bağlı çoxsaylı tövsiyələrin hələ də nəzərə alınmadığı vurğulanır. Azərbaycanın adı beynəlxalq təşkilatların hesabatlarında son pillələrdə qərarlaşır. Azərbaycan Media Azadlığı ilə bağlı hesabatda 180 ölkə arasında 166-cıdır, Azadlıq İndeksində isə Azərbaycanın adı azad olmayan ölkələr sırasına daxil edilib. İnternet azadlığı ilə bağlı hesabatda Azərbaycan 100 ballıq sistemdə 39 balla sonuncu yerdədir. Azərbaycan parlament seçkisinə necə gedir? Media eksperti Ələsgər Məmmədli seçki öncəsi medianın və ifadə azadlığının vəziyyətini dəyərləndirib. Hüquqşünas Zaur Qurbanlının fikrincə rəqabətin yaradılmaması, bir çox namizədin qeydə alınmaması və müxalif namizədlərə pulsuz efir vaxtının verilməməsi seçki mühitinə mənfi təsir göstərir. Bu şəraitdə keçirilən seçkini azad adlandırmaq olmaz.
Episodes
-
Mart 07, 2021
8 mart yürüşünə hazırlıq gedir
-
Mart 06, 2021
Amerika İcmalı - 5 Mart 2021
-
Mart 05, 2021
Dünyaya Baxış - 5 mart 2021