Accessibility links

Azərbaycan prezidenti Şuşaya gəlib


Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yanvarın 14-də Füzuli rayonuna və Şuşa şəhərinə səfər ediblər.

Bu barədə Mehriban Əliyeva sosial şəbəkədə video paylaşıb.

Əliyev səfər zamanı Füzuli-Şuşa avtomobil yolunun və Füzulidə inşa ediləcək aeroportun təməlini qoyub.

Azərbaycan prezidenti Şuşaya səfər edib
Azərbaycan prezidenti Şuşaya səfər edib

Prezident Əliyev Şuşaya səfəri zamanı Şuşa məscidini, Molla Pənah Vaqifin məqbərəsini, Üzeyir Hacıbəyovun və digər görkəmli şəxslərin dağıdılmış evlərini ziyarət edib. Əliyev ötən əsrdə Şuşa şəhərində ucaldılan, münaqişə zamanı dağıdılan və Azərbaycan tərəfinin nəzarət altına aldığı 19-cu əsrdə tanınmış şair Natəvanın, Azərbaycanın himninin musiqisinin müəllifi, şərqdə ilk operanın yaradıcısı Üzeyir Hacıbəyovun və tanınmış xanəndə Bülbülün abidələrini yenidən Şuşada açıb.

Bu, Dağlıq Qarabağ münaqişəsi başlayandan sonra Azərbaycan dövlət başçısının Şuşaya ilk səfəridir.

İlham Əliyev Şuşa şəhərinə səfər edib
İlham Əliyev Şuşa şəhərinə səfər edib

Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noybarın 8-də azad edib. Prezident Əliyev bu günlərdə Şuşa şəhərini Azərbaycanın mədəniyyət paytaxtı elan edib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də hərbi əməliyyatlar başlayıb və bu, 30 ildən artıq davam edən münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliyyatların dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən, Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarını Azərbaycanın nəzarətinə qaytarıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

İlham Əliyev Şuşa şəhərinə səfər edib
İlham Əliyev Şuşa şəhərinə səfər edib

Şuşa şəhəri 1992-ci il mayın 9-da erməni hərbi birləşmələrinin nəzarətinə keçib.

Şuşa şəhərinin təməli XVIII əsrdə Pənahəli xan İbrahimxəlil tərəfindən qoyulub. Şəhər XIX əsrdə Rusiyaya tabe etdirilən Qarabağ xanlığının mərkəzi olub.

Sovet dövründə şəhər həm də istirahət zonası kimi tanınıb.

Şəhər erməni qüvvələrinin nəzarətinə keçənə qədər Şuşada 7 məktəbəqədər uşaq müəssisəsi, 22 ümumtəhsil məktəbi, mədəni-maarif, kənd təsərrüfatı texnikumları, 8 mədəniyyət evi, 14 klub, 20 kitabxana, 2 kinoteatr, 3 muzey, eləcə də 300-dək tarixi, dini, mədəni abidə olub.

XS
SM
MD
LG