Accessibility links

Azərbaycan prezidenti: 21 kənd, 1 qəsəbə azad edilib


Dağlıq Qarabağ münaqişəsinin xəritəsi
Dağlıq Qarabağ münaqişəsinin xəritəsi

Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 21-də Azərbaycan Ordusunun Füzuli, Cəbrayıl, Zəngilan rayonlarının 21 kəndini və bir qəsəbəsini azad etdiyini bildirib.

Prezident Əliyev bu haqda Twitter səhifəsində yazıb.

"Rəşadətli Azərbaycan ordusu Füzuli rayonunun Gecəgözlü, Aşağı Seyidəhmədli, Zərgər kəndlərini, Cəbrayıl rayonunun Bələnd, Papı, Tulus, Hacılı, Tinli kəndlərini, Zəngilan rayonunun Mincivan qəsəbəsini, Xurama, Xumarlı, Sarıl, Babaylı, Üçüncü Ağalı, Hacallı, Qırax Müşlan, Üdgün, Turabad, İçəri Müşlan, Məlikli, Cahangirbəyli, Baharlı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" prezident yazıb.

Erməni tərəfi bu məlumatı hələ nə təkzib, nə də təsdiq edib.

Özünü tanınmamış Dağlıq Qarabağın “prezidenti” kimi təqdim edən Araik Harutunyan bildirib ki, Azərbaycanın addımlarına və mövqeyinə əsaslanaraq uzunmüddətli döyüş əməliyyatlarına hazırlaşmaq lazımdır.

Ermənistanın baş naziri Nikol Paşinyan da bu gün bildirib ki, Qarabağ məsələsinin indiki mərhələdən başlayaraq hələ çox uzun müddətə diplomatik həlli olmayacaq.

Azərbaycan və Ermənistan arasında hərbi əməliyyatların dayandırılması üçün diplomatik səylər intensivləşdirilir.

Ermənistan prezidenti Armen Sarkisyan Avropa İttifaqı və NATO ilə danışıqlar aparmaq üçün Brüsselə səfər edib. Azərbaycan və Ermənistan Xarici İşlər nazirləri isə Dağlıq Qarabağda döyüşlərə son qoymaq məqsədilə Rusiya ilə diplomatik danışıqlar aparmaq üçün Moskvadadır.

Bayramov və Mnatsakanyan daha sonra ABŞ Dövlət katibi Mayk Pompeo ilə danışıqlar aparmaq üçün oktyabrın 23-də Vaşinqtona səfər edəcək.

Pompeo çərşənbə günü Dövlət Departamentində jurnalistlər üçün brifinq zamanı Dağlıq Qarabağda vəziyyət və Ermənistan və Azərbaycan xarici işlər nazirləri ilə cümə günü planlaşdırılan görüşlərdən gözləntilərlə bağlı açıqlama verib. "Biz Avropanın əksər ölkələri kimi irəliyə doğru yolun münaqişəyə son qoymaqdan ibarət olduğuna inanırıq" - deyə, o bildirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Trampın ilk keçmiş ABŞ prezidenti kimi cinayət məhkəməsi başlayıb
please wait

No media source currently available

0:00 0:12:13 0:00

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG