Accessibility links

Azərbaycan prezidenti ABŞ prezidentinə başsağlığı verib


Azərbaycan prezidenti İlham Əliyev ABŞ prezidenti Donald Trampa başsağlığı məktubu göndərib.

Məktubda prezident Əliyev Texas, Ohayo və İllinoys ştatlarında törədilmiş silahlı hücumlar nəticəsində insan tələfatı və yaralananlar barədə xəbərdən olduqca kədərləndiyini bildirir.

“Bu dəhşətli hadisələr ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Amerika xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram," başsağlığı məktubunda deyilir.

Avqustun 4-də ABŞ-ın Ohayo ştatının Deyton şəhərində atışma zamanı 9 nəfər ölüb, 16 adam yaralanıb.

Şənbə günü, avqustun 3-də Texasın El Paso şəhərindəki Walmart mağazasında hücum zamanı 20 nəfər öldürülüb, 26 adam yaralanıb.

Bundan əvvəl isə ABŞ-ın Kaliforniya ştatında keçirilən sarımsaq festivalında kütləvi qətl hadisəsi baş verib. Hücumçunun açdığı güllə atəşi nəticəsində azı üç nəfər həyatını itirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG