Accessibility links

İlham Əliyev: "Azərbaycan Ordusu daha 48 kəndi, 1 qəsəbəni, 8 strateji yüksəkliyi azad edib"


Azərbaycan Prezidenti İlham Əliyev bazar ertəsi, noyabrın 9-da axşam saatlarında Azərbaycan Ordusunun daha 48 kəndi, 1 qəsəbəni və 8 strateji yüksəkliyi işğaldan azad eydiyini bildirib.

“Müzəffər Azərbaycan Ordusu Xocavəndin Mets Tağlar, Salakətin, Zoğalbulaq, Aragül, Tağavard, Böyük Tağavard, Zərdanaşen, Şəhər, Xocalının Şuşakənd, Muxtar, Daşaltı, Füzulinin Aşağı Güzdək, Qovşatlı, Mirzəcamallı, Şəkərcik, Mərdinli, Şıxlı, Qaraməmmədli, Dövlətyarlı, Hacılı, Hüseynbəyli, Saracıq, Zəngilanın Sobu, Qaragöz, İsgəndərbəyli kəndlərini, Bartaz qəsəbəsini, Bartaz strateji yüksəkliyini (2300 metr), Sığırt yüksəkliyini (1370 metr), Şükürataz yüksəkliyini (2000 metr) və əlavə 5 adsız strateji yüksəkliyi, Cəbrayılın Qalacıq, Mollahəsənli, Əsgərxanlı, Yuxarı Nüsüs, Aşıq Məlikli, Niftalılar, Qərər, Çələbilər, Qubadlının Qaramanlı, Xəndək, Həmzəli, Mahrızlı, Hal, Ballıqaya, Ulaşlı, Tinli, Xocahan, Boyunəkər, Qaraqoyunlu, Çərəli, Laçının Güləbürd, Səfiyan, Türklər kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”

Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev özünün Twitter hesabında bildirib.

Noyabrın 9-da bundan öncə prezident Əliyev Azərbaycan Ordusunun 23 kəndi azad etdiyni bəyan etmişdi.

Bununla da, rəsmi məlumatlara görə sentyabrın 27-dən indiyədək Azərbaycanın 5 şəhəri, 4 qəsəbəsi və 286 kəndi azad edilib.

Ermənistan rəsmi mənbələri Azərbaycan Ordusunun irəliləməsini qeyd etsə də yaşayış məntəqələrinin azad edildiyini hələ təsdiq etməyib.

Bununla yanaşı, özünü “Artsax (Dağlıq Qarabağ) prezidenti”nin mətbuat katibi kimi təqdim edən Vaqram Poqosyan özünün Facebook səhifəsində yazıb ki, əgər Şuşanın qaytarılmasını, Dağlıq Qarabağın erməni nəzarətində qalmasını istəyirlərsə, Xankəndində və cəbhənin digər istiqamətlərində "etibarlı müdafiəni təşkil etmək üçün bütün imkanlar səfərbər edilməlidir."

“Respublika Prezidenti”nin (tanınmamış “Dağlıq Qarabağ Respublikası” nəzərdə tutulur-red) bu günki qeydləri ictimai dairələrdə müəyyən ryh düşgünlüyünə səbəb olub. Bu təbiidir, çünki neçəki müharibə var, ağır döyüşlər gedir, kimin qalib, kimin məğlub olacağına qabaqcadan zəmanət vermək mümkün deyil. Bu gün təəssüf ki, bir sıra uğursuzluqlar bizi təqib edir və Şuşi (Şuşa) şəhərinin tamamilə nəzarətimizdən çıxdığını etiraf etmək məcburiyyətindəyik. Bu barədə hər cür təşviqedici və ya ilhamverici təbliğat tezisləri bizə reallıq hissini itirməkdən başqa bir şey vermir.

Cəbhə xətti bir daha möhkəmləndirilməlidir, çünki düşmən Stepanakertin (Xankəndi) astanasındadır, əks halda paytaxtın mövcudluğu təhlükə altında olacaq...

Şuşinin (Şuşa) yenidən bizim olmasını və Artsaxın (Dağlıq Qarabağ) qorunub saxlanılmasını istəyirsinizsə, bu gün Stepanakertin (Xankəndi) və cəbhənin digər sahələrində etibarlı müdafiəni təşkil etmək üçün bütün imkanlardan istifadə edilməlidir. Bu, uğurun ən real və etibarlı zəmanətidir. Facebook-dakı yalançı qələbə çağırışları və fərziyələr tədricən hər şeyin itirilməsinə səbəb olacaq. Və tarix buna görə bizi bağışlamayacaq... Sona qədər mübarizə aparacağıq," o, qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG