Accessibility links

Azərbaycan prezidenti: "Cəbrayıl şəhəri azad edildi"


"Bu gün Azərbaycan ordusu Cəbrayıl şəhərini və rayonunun bir neçə kəndini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan ordusuna! Qarabağ Azərbaycandır!"

Azərbaycan prezidenti İlham Əlıiyev Twitter mesajında yazıb.

Ermənistan tərəfi bu məlumata hələlik reaksiya vermir.

Cəbrayıl rayonu 1993-cü il, avqustun 23-də erməni qüvvələri tərəfindən işğal olumuşdu.

Nəticədə rayonun azərbaycanlı əhalisi ərazidən çıxmış, minlərlə Cəbrayıl sakini qaçqın düşərgələrində yerləşdirilmişdir.

Cəbrayıl rayonu
Cəbrayıl rayonu

Bir neçə saat sonra televiziyada xalqa müraciətində Azərbaycan Prezidenti İlham Əliyev Ermənistan rəhbərliyindən hərbi qüvvələri Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazilərindən çıxarmağa çağırıb.

Əliyev Ermənistan Baş Naziri Nikol Paşinyanı danışıqlar prosesini pozmaqda, formatı dəyişməklə onu "mənasız" etməkdə günahlandırıb.

"Mən istəyirdim bu məsələ sülh yolu ilə həll olunsun. Eşitmədilər. Hesab edirdilər ki, Azərbaycan xalqı və mən – Azərbaycan Prezidenti bu vəziyyətlə barışacağam?!" Əliyev sual edib.

Şənbə günü xalqa müraciətində Ermənistan Baş Naziri Nikol Paşinyan erməniləri "birliyə" və "düşmənin belini qırmağa" çağırıb.

"Bu mübarizənin sonunda yalnız və yalnız qələbə təsəvvür edirik," o bildirib.

Sonrakı saatlarda Tvitterdə yazdığı mesajda Paşinyan "Azərbaycan-Türk banditlərini" təkcə torpaq tutmaq deyil, "erməni genosidini tamamlamaq" cəhdində ittiham edib.

Bazar günü yerli vaxtla axşam saatlarında Cəbrayıl rayonunda bir neçə kəndin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini açıqlayan Prezident Əliyev ölkəsinin yalnız erməni qüvvələrin ərazidən çıxacağı halda əməliyyatları dayandırmağa razı olacağını bildirib.

"Dağlıq Qarabağ bizimdir, bizim torpağımızdır, biz oraya qayıtmalıyıq, qayıdırıq və qayıdacağıq!" Əliyev bəyan edib.

Sentyabrın 27-də Azərbaycan və Ermənistan qüvvələri arasında Dağlıq Qarabağ boyunca təmas xəttində döyüşlər intensivləşib. Hər iki tərəfdə çoxsaylı hərbi itkilərin olduğu barədə məlumatlar verilir. ATƏT Minsk Qrupu həmsədr ölkələri tərəfləri dərhal atəşkəsə və danışıqlar masasına qayıtmağa çağırıb.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG