Accessibility links

Azərbaycan prezidenti Cozef Baydeni təbrik etdi


Prezident İlham Əliyev
Prezident İlham Əliyev

Azərbaycan Prezidenti İlham Əliyev Cozef Baydeni Amerika Birləşmiş Ştatlarının yeni prezidenti seçilməsi münasibətilə təbrik edib.

Baydeni prezidenti vəzifəsinə seçilməsi münasibətilə "ürəkdən təbrik" etdiyini yazan Əliyev Demokrat prezidentin hakimiyyəti dönəmində "Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri"nin daha da möhkəmlənəcəyinə ümidini ifadə edib.

"Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında siyasi, təhlükəsizlik, enerji, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə uğurlu əməkdaşlıq əlaqələri qurulmuşdur. Ölkələrimiz beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsi, terrorizmə və transmilli cinayətkarlığa qarşı mübarizədə və NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək Missiyası çərçivəsində əməkdaşlıq edirlər," Əliyev yazıb.

Təbrik məktubunda Prezident Əliyev Dağlıq Qarabağdakı döyüş əməliyyatlarına toxunub və Ermənistanın uzun illər Azərbaycan torpaqlarını işğal altında saxladığını qeyd edib.

"Ermənistan tərəfindən Azərbaycanın dinc əhalisinin qəsdən və məqsədyönlü şəkildə atəşə tutulması nəticəsində aralarında çoxlu sayda azyaşlı olmaqla 93 mülki şəxs qətlə yetirilmiş, 400-dən çoxu yaralanmış, mülki obyektlər dağıdılmışdır. Digər ölkələrdən minlərlə insan Ermənistana gətirilmiş və bu ölkənin silahlı qüvvələrində muzdlu kimi xidmətə cəlb edilmişdir. Ermənistan ABŞ-ın da iştirakı ilə ərsəyə gəlmiş mühüm regional enerji və nəqliyyat infrastrukturlarını hədəfə almışdır."

Əliyev ABŞ və ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələrindən münaqişənin ədalətli həlli istiqamətində səylərini daha da artıracağını gözlədiyini qeyd edərək yazıb ki, Ermənsitan rəhbərliyi "Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarmaqla bağlı dəqiq vaxt cədvəli təqdim etməlidir."

"Azərbaycanın indiyə qədər işğaldan azad etdiyi və hələ də işğal altında qalan ərazilərində mülki infrastruktur Ermənistan tərəfindən tamamilə məhv edilmişdir. Biz həmin ərazilərdə genişmiqyaslı quruculuq işləri həyata keçirəcək, bütün tarixi, dini və mədəni abidələri bərpa edəcəyik. Azərbaycan Dağlıq Qarabağda azərbaycanlı və erməni icmalarının sülh, təhlükəsizlik və qarşılıqlı hörmət əsasında birgə yaşayışını təmin etməyə hazırdır," Əliyev qeyd edib.

Co Bayden prezidenlyə namizəd olduğu vaxtlarda Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlı bəyanatlarla çıxış etmişdi.

Seçkilər ərəfəsində Co Bayden Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi son bəyanatda Tramp administrasiyasını Azərbaycana hərbi avadanlıq axınını dayandırmağa, Türkiyə və Rusiyanın münaqişəni qızışdırmağa imkan verməməyə çağırmışdı.

"Oktyabrın 25-də Dövlət Katibi Pompeonun elan etdiyi atəşkəsin pozulması ilə onsuz da çox əziyyət çəkən və təhlükəsizliyi təmin olunmalı olan Dağlıq Qarabağ insanları genişmiqyaslı humanitar fəlakətlə üzləşirlər," sabiq vitse-prezident bildirmişdi.

Co Bayden döyüşlərin bir aydan çox müddət davam etdiyini nəzərə aldıqda Prezident Trampın çoxdan Ermənistan, Azərbaycan və Türkiyə liderləri ilə birbaşa danışıqlar aparmalı və "dərhal deeskalasiyaya və Azərbaycan qoşunlarının Dağlıq Qarabağa doğru irəliləməsinin qarşısının alınmasına" çağırmalı olduğunu qeyd edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG