Accessibility links

Azərbaycan prezidenti beş saatadək jurnalistlərin suallarını cavablandlırıb


Fevralın 26-da Azərbaycan prezidenti İlham Əliyevin keçirdiyi mətbuat konfransı beş saatadək davam edib. Əliyev jurnalistlərin çoxsaylı suallarını cavablandırıb. Sualların əksəriyyəti Qarabağ münaqişəsi və post-münaqişə dövrü ilə bağlı olub.

Bu, prezident Əliyevin ilk geniş mətbuat konfransıdır.

Cümə axşamı Erməistan cərəyan edən siyasi böhranı şərh edən Əliyev baş verənləri Ermənistanın "daxili işi" adlandırıb.

O, hazırkı siyasi böhranı Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlamaq siyasəti və onun iflasa uğraması ilə əlaqələndirib.

"Müharibənin nəticələri dəyişdirilə bilməz, 10 noyabr sazişi yerinə yetirilir, lakin müzakirə olunan məqamlar var. Əgər bu olmasa, Ermənistan daha da ağır vəziyyətə düşəcək," o, qeyd edib.

Yenidənqurma işlərinə toxunan Əliyev Füzulidə aeroport tikildiyini və ərazilərin minalardan təmizləndiyini bildirib.

"Beynəlxalq aeroport olacaq, hər növ təyyarəni qəbul edəcək. Təhvil verilmə müddəti bu ilin payızıdır. Bu, ondan Şuşa şəhərinə getməyə və ərazilərin bərpası üçün istifadəyə imkan verəcək. Aeroportdan Şuşaya iki yeni avtomobil yolu inşa edilir.

Hələ Laçın və Zəngilanda aeroportların tikintisi planları var və bu, mühüm logistika mərkəzinə çevriləcək. Oradan Ermənistan ərazisilə dəhliz keçəcək və Azərbaycanı Naxçıvan və Türkiyə ilə birləşdirəcək" - Əliyev yeni aeroportların tikintisi ilə bağlı sualın cavabında deyib.

Azərbaycan lideri atəşkəsdən sonra Azərbaycan qüvvələri tərəfindən Dağlıq Qarabağda ələ keçirilən erməni əsgərləri "hərbi əsir" kateqoriyasına daxil etməyin düzgün olmadığını deyib.

Ermənistan rəhbərliyi dəfələrlə Azərbaycanın nəzarətində olan hərbçilərinin qaytarılmasını tələb edərək onların saxlanılmasının atəşkəs razılığının prinsiplərinə zidd olduğunu bəyan edib.

Prezident Əliyev münaqişənin artıq başa çatdığını və Dağlıq Qarabağın stratusunun müzakirə mövzusu olmadığını israr edir. Erməni tərəfi isə statusun gündəmdə qaldığını, və hazırda Dağlıq Qarabağda Azərbaycan qüvvələrinin nəzarətində olmayan ərazilərdə yaşayan ermənilərin gələcək statusunun müəyyən olunmalı olduğunu bildirir.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında 2020-ci il sentyabrın 27-də yenidən hərbi əməliyyatlar başlayıb və bu 30 illlik münaqişənin davamı olub.

Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya liderləri döyüş əməliyyatlarının dayandırılması barədə üçtərəfli bəyanat imzalayıb.

Razılışmaya əsasən Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini təmin edib və ermənilərin nəzarətində olan bütün ərazilər qaytarılıb.

Dövlət başçılarının birgə bəyanatına uyğun olaraq Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiyanın 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilib.

Azərbaycanın Ağdam rayonu ərazisində atəşə nəzarət etmək üçün Türkiyə-Rusiya Monitorinq Mərkəzi fəaliyyətə başlayıb.

Birgə bəyanatda iqtisadi və nəqliyyat əlaqələrinin, kommunikasiyaların bərpa olunması, Naxçıvanla Azərbaycanın əlaqəsini bərpa edəcək Meğri dəhlizinin açılması, hərbi əsirlər, digər saxlanılan şəxslərin və ölənlərin cəsədlərinin dəyişdirilməsi əksini tapıb.

2021-ci il yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putin 10 noyabr bəyanatında nəzərdə tutulanların həyata keçirilməsi məqsədi ilə üç ölkənin hökumətlərinin sədr müavinlərinin birgə həmsədrliyi ilə Üçtərəfli İşçi Qrupunun yaradılması barədə razılığa gəlib.

İşçi qrupu artıq iki görüş keçirib və bölgədə kommunikasiyaların bərpa edilməsi məsələlərini müzakirə edib.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ dövlət katibi Antony Blinken Ukraynaya rəsmi səfər edib
please wait

No media source currently available

0:00 0:11:56 0:00
XS
SM
MD
LG