Accessibility links

Azərbaycan prezidenti İran və Ukrayna prezidentlərinə başsağlığı verib


Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb
Ukrayna təyyarəsi İranda qəzaya uğrayıb

Prezident İlham Əliyev İran və Ukrayna prezidentləri Həsən Ruhani və Vladimir Zelenskiyə başsağlığı verib.

Əliyev bildirir ki, Tehran şəhəri yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri onu olduqca kədərləndirib.

“Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm,” başsağlığında deyilir.

Ukrayna Hava Yollarına məxsus Boeing 737 sərnişin təyyarəsi yanvarın 8-də İranda, Tehran ətrafında qəzaya uğrayıb.

Təyyarədə 176 nəfər - 167 sərnişin və 9 heyət üzvü olub. Bütün sərnişinlər və heyət üzvü həlak olub.

Ukrayna təyyarəsi Tehran ətrafında qəzaya uğrayıb
Ukrayna təyyarəsi Tehran ətrafında qəzaya uğrayıb

Ukrayna Xarici İşlər naziri Vadim Pristayko Twitter səhifəsində qəzada ölənlərin 82 nəfərinin İran vətəndaşı, 63 nəfərinin Kanada vətəndaşı, 11 nəfərinin Ukrayna vətəndaşı (2 sərnişin və 9 ekipaj üzvü), 10 nəfərinin İsveç vətəndaşı, 4 nəfərinin Əfqanıstan vətəndaşı, 3 nəfərinin Almaniya vətəndaşı və 3 nəfərinin Böyük Britaniya vətəndaşı olduğunu bildirib.

Bir çox təyyarə şirrkətləri İran üzərindən uçuşları dayandırmasına baxmayaraq Azərbaycan təyyarələri İran istiqamətində uçuşları davam etdirir.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidməti bildirir ki, AZAL və “Buta Airways” aviaşirkətləri hal-hazırda İran istiqamətində və bu ölkənin ərazisi üzərindən keçməklə yerinə yetirilən uçuşların mövcud cədvəlinə dəyişiklik etməyi planlaşdırmır.

O cümlədən, aşağı büdcəli “Buta Airways” aviaşirkəti Bakı-Tehran-Bakı istiqamətində gündəlik uçuşlar həyata keçirir və ştat rejimində hazırkı cədvələ əsasən reyslər həyata keçirməyi planlaşdırır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG