Accessibility links

Azərbaycan prezidenti: Xəstəliyin dinamikası artır və əgər belə getsə, səhiyyə sistemimiz buna davam gətirə bilməz


“Əgər koronavirus infeksiyasının yayılması indiki templə davam edərsə, Azərbaycanın səhiyyə sistemi buna davam gətirə bilməz.”

Bu barədə prezident İlham Əliyev iyunun 24-də 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı zamanı bildirib.

“Koronavirusla əlaqədar ilkin mərhələdə görülmüş qabaqlayıcı tədbirlər ölkəni böyük fəlakətdən qorudu. Yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır, cəmi 13 min insan yoluxub. Onların əksəriyyəti sağalıb. Odur ki, qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlər öz faydasını göstərib.”

Gəncədə yeni xəıstəxana
Gəncədə yeni xəıstəxana

May ayında sağalan şəxslərin yoluxanlardan çox olması məhdudiyyətləri yumşaltmağa imkan verib. Lakin son zamanlar yoluxmalar yenə də artır.

“Bu onu göstərir ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstəriblər, elementar qaydalara riayət etmirlər,” prezident deyib.

O, Azərbaycanda qaydaların pozulmasının “kütləvi şəkildə” baş verməsindən gileylənib.

Əgər sabah pandemiya daha çox yayılsa, onda biz onları harada yerləşdirəcəyik? Tutaq ki, yeni xəstəxanaların hesabına yerləşdirəcəyik, amma həkimlərin sayını necə artırmaq olar?! Hər kəs bu barədə düşünməlidir.
İlham Əliyev, Azərbaycan prezidenti

“Məhz buna görə də biz yenidən məhdudlaşdırıcı tədbirlər tətbiq etdik, çünki xəstəliyin dinamikası artır və əgər belə getsə, bizim səhiyyə sistemimiz buna davam gətirə bilməz. Buna görə də bu həftənin əvvəlindən Bakıda və bir neçə başqa şəhərdə daha sərt karantin rejimi tətbiq edilib,” Əliyev bildirib.

“Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk, onlar da yoluxur və ölür. İndi biz bütün həkimlərimizi cəlb edirik. Əgər sabah pandemiya daha çox yayılsa, onda biz onları harada yerləşdirəcəyik? Tutaq ki, yeni xəstəxanaların hesabına yerləşdirəcəyik, amma həkimlərin sayını necə artırmaq olar?! Hər kəs bu barədə düşünməlidir,” dövlət başçısı vurğulayıb.

O, maska rejiminin pozulmasına görə məsuliyyətin sərtləşdirilməsinin mümkünlüyünü də anons edib.

“Əgər müəssisələrdə rəhbərlər görsələr ki, onların işçiləri maska taxmır, tədbir görməlidirlər. Əgər belə davam edərsə, mən cərimələrin məbləğinin artırılmasını tapşıraram,” Əliyev bildirib.

Nazirlər Kabineti: Bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edirik

İyununn 25-də Nazirlər Kabinetin yanında Opertiv Qərargah bildirib ki, məhdudiyyətlər daha da sərtləşdirləcək.

Qərargahın məlumaında deyilir ki, son günlərdə koronavirus infeksiyasına yoluxanların sayında ciddi artım müşahidə olunur.

Bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan xeyli artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.
Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatından sitat

“Təhlil və müşahidələr göstərir ki, müəyyən olunmuş xüsusi karantin qaydaları, sanitar-epidemioloji tələblər gözlənilən nəticələri vermir. Bir sıra hallarda sahibkarlıq subyektləri, Operativ Qərargahın mümkün qədər işə az əməkdaş çıxarmağa dair tövsiyələrinə baxmayaraq, bütün işçi heyətini tam tərkibdə, yaxud da böyük əksəriyyətini “İcazə.e-gov.az” portalından qeydiyyatdan keçirərək işə çıxmaları üçün birdəfəlik icazələr alır. Eyni zamanda fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslər də, bəzi hallarda mühafizə və texniki təhlükəsizliyin təmin edilməsi üçün zəruri olandan artıq sayda əməkdaşları qeydiyyatdan keçirirlər.

Belə yanaşmaların müəyyən olunmuş məhdudiyyət tədbirlərinin səmərəsini azaldır, əhalinin sağlamlığı üçün ciddi təhlükə yaradır.”

Nazirlər Kabineti yanında Operativ Qərargah xüsusi karantın rejimində işə çıxmasına icazə verilənlərin sayı ilə bağlı müəyyən olunmuş bir sıra məhdudiyyətlərin sərtləşdirilməsi məsələsinə yenidən baxılmasını zəruri hesab edir və bu istiqamətdə vacib olan bütün qərarları qəbul edəcək.

Bir gündə 1021 şəxs cərimələnib

Koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazilərində tətbiq edilmiş sərtləşdirilmiş xüsusi karantin rejiminin pozulmasına görə son bir gündə nəqliyyat vasitələri ilə hərəkətdə olan 852 nəfər, sərnişindaşımada istifadə olunan taksi və avtobuslarda tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə edilmədiyinə görə 167 nəfər, həmin əməllərin il ərzində təkrar törədilməsinə görə 2 nəfər olmaqla, ümumilikdə 1 021 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib.

Karantin
Karantin

Bu barədə Daxili İşlər Nazirliynin Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.

Məlumatda deyilir ki, gün ərzində xüsusi karantin rejimi sərtləşdirilmiş inzibati ərazilərin sərhədlərində yerləşən karantin postlarında aparılan yoxlamalar zamanı 195 nəqliyyat vasitəsi rayon, 185-i isə paytaxt istiqamətində olmaqla, 380 avtomobil geri qaytarılıb.

Koronavirus pandemiyası barədə qısa məlumat

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma fevralın 28-də aşkarlanıb.

Martın 24-dən ölkədə koronavirus pandemiyası ilə bağlı karantin rejimi elan edilib. Karantin rejimi iyunun 15-nə kimi uzadılsa da, aprelin 27-dən başlayaraq mərhələlərlə xeyli yumşaldılıb.

Amma ölkə üzrə bütün ictimai iaşə obyektlərində qəlyan avadanlıqlarından istifadə və 10 nəfərdən artıq toplaşmaqla kütləvi şənliklər, məclislərin təşkili qadağan edilib.

Azərbaycanda karantin rejimi yumşaldıldıqdan sonra son günlər infeksiyaya yoluxma halı bir neçə dəfə artıb. İyunun 24-də ölkə üzrə ən çox - 590 nəfər infeksiyaya yoluxub, 7 nəfər vəfat edib. Son günlər vəfat edənlərin də sayı artmaqdadır.

İndiyədək ölkədə ümumilikdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7 768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6 363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.

Karantin
Karantin

Bu səbəbdən xüsusi karantin rejimi və dövlət sərhədində giriş-çıxışa tətbiq olunan məhdudiyyət iyulun 1-dək, sonra isə avqustun 1-dək uzadılıb.

Operativ Qərargah iyunun 14-dən 16-dək Bakı, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərinin, Abşeron, Yevlax, İsmayıllı, Kürdəmir və Salyan rayonlarının ərazisində sərtləşdirilmiş karantin rejimi tətbiq edilib.

Daha sonra isə iyunun 21-dən iyulun 5-dək sərtləşdirilmiş karantin sistemi tətbiq edilib, SMS-icazə siteminə keçilib.

Qərara görə, sözü gedən yerlərdə nəzdindəki ərzaq mağazaları və apteklər istisna olmaqla, iri ticarət mərkəzlərinin fəaliyyəti dayandırılıb. Həmçinin ictimai iaşə obyektlərində müştərilərə yerində xidmətlər göstərilmir, muzey, sərgi zalları, bərbərxanalar, gözəllik salonları bağlanıb. Habelə təhsil müəssisələrinin fəaliyyəti (onlayn imtahan, müsabiqə və müsahibələr istisna olmaqla), açıq havada idman yarışlarının və oyunlarının keçirilməsi də dayandırılıb.

Amma dövlət qurumlarının, Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin və bir sıra mühüm xidmət sahələrinin fəaliyyətinə icazə verilib.

Əhalinin qalan qrupları yenə küçəyə çıxarkən bir müddət öncə olduğu kimi SMS-lə icazə alacaq. SMS-lə icazə əvvəlki qaydaya nisbətən bu dəfə bir qədər genişləndirilib. Bura ərzaq almaq, tibbi zərurət, yaxınların dəfnində iştirakla və başqa hallarla yanaşı, açıq havada vaxtın keçirilməsi də daxildir. SMS-icazə ilə insanlar evlərini yalnız iki saat müddətinə tərk edə bilər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG