Accessibility links

Prezident Əliyev xalqa müraciət etdi, Ermənistanda səfərbərlik elan olundu


Bazar günü, sentyabrın 27-də Azərbaycan və Ermənsitan qüvvələri ilə təma xəttində döyüşlərin intensivlşməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib. Azərbaycanı hücum əməliyyatlarında ittiham edən Ermənistanda hərbi səfərəbərlik elan edilib.

Prezident İlham Əliyev müraciətində bildirib ki, Ermənistan bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istiadə edərək Azərbaycanın yaşayış məntəqələrini, eyni zamanda, hərbi mövqeləri atəşə tutub. Azərbaycanın mülki əhalisi və hərbçiləri arasında itkilər, yaralananlar var.

“Bu gün səhər Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artileriyadan istiadə edərək bizim yaşayış məntəqələrimizi, eyni zamanda, hərbi mövqelərimizi atəşə tutmuşdur. Düşmən atəşi nəticəsində mülki əhali və hərbçilərimiz arasında itkilər var, yaralananlar var. Allah şəhidlərimizə rəhmət eləsin! Onların qanı yerdə qalmalayacaqdır. Azərbaycan Ordusu hazırda düşmənin hərbi mövqelərinə atəşlər, zərbələr endirir və bu zərbələr nətcəsində düşmənin bir çox hərbi texnikaları sıradan çıxıb,” prezident qeyd edib.

Prezident bəyan edib ki, Azərbaycanın Ermənistan ərazisində hərbi hədəfləri yoxdur.

Bu arada Ermənistan Baş Naziri Nikol Paşinyan Ermənistan Təhlükəsizlik Şurasının iclasını çağırıb.

“İclasda hərbi vəziyyətin və qismən hərbi səfərbərlik elan edilməsi məsələsi müzakirə edilir,” Paşinyan Facebook səhifəsində yazıb.

Ermənistanda hərbi vəziyyət və ümumilli hərbi səfərbərlik elan edilib.

Ermənsitanın müdafiə rəsmiləri Azərbaycana məxsus iki helikopterin və 14 dronun vurulduğunu bildirir. Ermənistan tərəfi habelə Azərbaycan qüvvələrini mülki əhalini hədəf almaqda və Xankəndi şəhərini hədəf almaqda ittiham edib.

Əks-hücum əməliyyatlarına başlanıldığını deyən Azərbaycan rəsmiləri Tərtər istiqamətində bir helikopterin vurulduğunu təsdiqləyiblər.

Ermənistan Müdafiə Nazirliyi Azərbaycanın döyüş texnikasının vurulduğunu göstərdiyi iddia edilən bir neçə video paylaşıb.

Rəsmi Bakının yaydığı məlumatda deyilir ki, şəxsi heyət və tank bölmələri, raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Azərbaycan Müdafiə Nazirliyinin yaydığı ilkin məlumatda deyilmişdi ki, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var.

"Mülki infrastruktur obyektlərinə ciddi ziyan dəyib. Mülki əhali və hərbi qulluqçular arasında itkilər və yaralılar barədə məlumat dəqiqləşdirilir.”

XS
SM
MD
LG