Accessibility links

Azərbaycan prezidentinin köməkçisi: Ölkəyə 1,5 milyon doza vaksin gətirilib


Şahmar Mövsümov

“Bu günədək COVID-19-da bağlı vətəndaşlara 500 min dozadan çox vaksin vurulub. Növbəti həftənin 1-ci günündən 40 yaş üzərində olan vətəndaşlarımız vaksinasiyaya cəlb olunacaq. Vətəndaşlarımızı buna qoşulmağa çağırıram.”

Bu barədə martın 17-də Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə Azərbaycan Prezidentinin köməkçisi Şahmar Mövsümov bildirib.

Mövsümovun sözlərinə görə, hazırda vaksinlər Azərbaycana gətirilməkdədir.

“İndiyədək 1,5 milyona yaxın doza vaksin gətirilib. Ancaq "AstraZeneca" peyvəndi hələ Azərbaycana gətirilməyib. Biz vaksinlər ölkəyə gətirildikdə belə Ümumdünya Səhiyyə Təşkilatının və digər beynəlxalq qurumların qərarına uyğun olaraq istifadə edəcəyik," o qeyd edib.

Prezidentin köməkçisi Azərbaycanda Britaniya ştammının qeydə alınması ilə bağlı bildirib ki, Britaniya ştammının hər hansı ölkə tərəfindən dayandırılması qeyri-mümkündür.

“Bütün bu ştammlar dünyada yayılır. Bu mutasiyalar Azərbaycanda da baş verə bilər. Azərbaycanda da Britaniya ştammına uyğun bir hal yarana bilər,” o qeyd edib.

Onun sözlərinə görə, ölkədə yoluxmaların sayı artıb, müəyyən narahatlıqlar var.

“Hazırda 10 min çarpayı yükü olan xəstəxanaların imkanlarına qarşı 1 500-1 600 xəstəmiz var. Bu da bizə imkan verir ki, sərtləşdirməyə getməyək," prezidentin köməkçisi deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya növbəti dəfə Kyivə hava hücumu həyata keçirib
please wait

No media source currently available

0:00 0:13:23 0:00

Amerika İcmalı

Amerika İcmalı. Türkiyə prezident seçkilərinin ikinci turuna hazırlaşır.
please wait

No media source currently available

0:00 0:29:14 0:00
XS
SM
MD
LG