Accessibility links

Azərbaycan prezidentinin yeni təyyarəsinin ölkəyə gətiriləcəyi bildirilir


Boeing təyyarəsi
Boeing təyyarəsi

İqtisad elmləri doktoru Qubad İbadoğlu airsoc.com saytına istinadən Facebook səhifəsində Azərbaycan prezidentinin yeni təyyarəsinin ölkəyə gətiriləcəyini bildirib.

Təyyarənin alınması üçün AZAL 346 milyon 900 min ABŞ dollar ödəyib. Bu vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabər, 1 illik elm büdcəsindən 3 dəfədən, 1 illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur
Qubad İbadoğlu, iqtisad elmləri doktoru

“Azərbaycan Hava Yolları” (AZAL) QSC yaxın vaxtlarda B777-200 (LR) təyyarəsini Bakıya gətirəcək. VIP hökumət nəqliyyatı üçün dizayn edilən təyyarədən Boeing şirkəti indiyə qədər 59 ədəd istehsal edib. Bu təyyarənin alınması üçün AZAL 346 milyon 900 min ABŞ dolları və ya 589 milyon 730 min manat ödəyib. Bu vəsait gələn il ölkə üzrə ödəniləcək bütün növ müavinət və sosial yardımlara ayrılan vəsaitə bərabər, 1 illik elm büdcəsindən 3 dəfədən, 1 illik ətraf mühitin mühafizəsi xərclərindən 2 dəfədən də çoxdur. Bu vəsaitlə hazırda kənd yerlərində yaşayan 0-17 yaşlı qız uşaqlarının hər birinə 1 il ərzində hər ay 95 manat 90 qəpik müavinət vermək olardı,” elmlər doktoru yazlıb.

Onun sözlərinə görə, VİP B777-200 (LR) təyyarəsi Azərbaycan prezidentinin və 1-ci vitse-prezidentin xidməti istifadəsi üçün nəzərdə tutulub.

Bununla yanaşı, rəsmi qurumlar hələ bu barədə hər hansı məlumat və ya şərh yaymayıb.

XS
SM
MD
LG