Accessibility links

Azərbaycan Qarabağ Dirçəliş Fondu yaradıb


Azərbaycan hökuməti Qarabağ Dirçəliş Fondu təsis edib.

Prezident İlham Əliyevin imzaladığı fərmana görə, fond Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası və yenidən qurulması üçün maliyyə dəstəyi və sərmayələrin cəlb edilməsini həyata keçirəcək.

Fondun vəsaitləri fiziki və hüquqi şəxslərin ianələri, qrantlar, qanunla qadağan olunmayan digər mənbələrdən formalaşacaq.

Ermənistan-Azərbaycan münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu ermənilərin nəzarətinə keçib.

Azərbaycan və Ermənistan Silahlı Qüvvələri arasında sentyabrın 27-də yenidən başlayan hərbi əməliyyatlar uzunmüddətli münaqişənin davamı olub. Azərbaycan Ordusu noyabrın 10-dək beynəlxalq tanınmış sərhədləri daxilində üç yüzdən çox yaşayış məntəqəsini, o cümlədən 5 rayonu, həmçinin Şuşa şəhərinə nəzarəti bərqərar etdikdən sonra Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri hərbi əməliiyaların dayandırlıması barədə bəyanat imzalayıb. Bəyanata uyğun olaraq Azərbaycanın beynəlxlaq səviyyədə tanınmış sərhədləri daxilindəki ərazilər azad edilib.

Rəsmi məlumatlara görə, 30 ildən çox erməni silahlı qüvvələrinin nəzarətində olan Azərbaycanın 900 yaşayış məntəqəsndə 150 min yaşayış evinin, 7 min ictimai binanın, 693 məktəbin, 855 uşaq bağçasının, 695 tibb məntəqəsinin və digər çoxsaylı tikililərin əksəriyyəti dağıdılıb, xarabalığa çevrilib.

XS
SM
MD
LG