Accessibility links

Azərbaycan quş qripi səbəbindən 6 ölkədən quş əti idxalına məhdudiyyət tətbiq edib


Quş qripi

Azərbaycan iyunun 17-də Albaniyadan, İraqdan, Lesoto Krallığından, İngiltərədən, Şimali İrlandiyadan, Cənubi Afrika Respublikasından bütün növ diri quş, quş əti və damazlıq yumurtanın idxalına müvəqqəti məhdudiyyət tətbiq edib.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.

Belə ki, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, adları sadalanan ölkələrin müxtəlif ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi, Cənubi Afrika Respublikasında dabaq xəstəliyi qeydə alınıb.

Eyni zamanda, agentlik nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Cənubi Afrika, Albaniya, İraq, Lesoto Krallığından, İngiltərədən, Şimali İrlandiyadan gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edib.

Xatırladaq ki, bundan öncə bu il, iyunun 14-də Azərbaycan 44 ölkədən diri quş, quş əti və damazlıq yumurtanın idxalına məhdudiyyət tətbiq edib. Məhdudiyyət təbiq edilən ölkələr sırasında Rusiya, Qazaxıstan, İran, Çin, ABŞ, Avstraliya, Almaniya, Fransa, ümumilikdə Avropa, Afrika, Asiya qitələrinin çoxsaylı ölkələri var.

Rəsmi qurumların məlumatına görə, ölkədə bu il quş qripi aşkar edilməyib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə H5N1 yüksək patogen “quş qripi” 9 fevral 2006-cı ildə Abşeronda vəhşi quşlarda təsdiq edilib və vaxtaşırı özünü büruzə verib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ölkədə 2006-cı ildə 5 nəfərin H5N1 quş qripi virusundan vəfat etdiyi təsdiq edilib. Təşkilat ölənlərin 4-nün Azərbaycanın cənub-şərq rayonlarından olduğunu bildirib.

2008-ci ildə Azərbaycanda qrip pandemiyasına hazırlıq üzrə Milli Plan qəbul edilib və Azərbaycanda “quş qripi” xəstəliyinin qarşısının alınması üzrə Dövlət Komissiyası tərəfindən təsdiqlənib.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG