Accessibility links

Azərbaycan-Rusiya quru sərhədi martın 1-dək vətəndaşlar üçün bağlanıb


Azərbaycan-Rusiya sərhədi
Azərbaycan-Rusiya sərhədi

Həm Rusiyada, həm də Azərbaycanda koronavirusa yoluxanların sayının kəskin artması və ölkənin daxilində sərt karantin tədbirlərinin görülməsi səbəbindən Rusiya (Dağıstan Respublikası) ilə Azərbaycan arasında quru dövlət sərhədi vətəndaşların keçməsi üçün 2021-ci il martın 1-dək bağlı olacaq.

Bu barədə Azərbaycanın Rusiyadakı Səfirliyi məlumat yayıb.

Səfirlik qış mövsümü, sərhəddə infrastrukturun və yaşayış şəraitinin olmamasını nəzərə alınaraq Azərbaycan vətəndaşlarını Dağıstana səyahət etməkdən çəkinməyə çağırır.

Bu ilin yazından başlayaraq bir qayda olaraq Rusiyada yaşayan yüzlərlə Azərbaycan vətəndaşı sərhəd məntəqələrinə toplaşırdı. Sərhəddə çadır düşərgəsi salınmışdı. Azərbaycan vətəndaşları vaxtaşırı, həftədə bir dəfə olaraq ölkəyə buraxılırdı.

Bu ilin iyununda sərhəddə Azərbaycan vətəndaşları ilə Rusiya polisi arasında qarşıdurma baş verib. Onlarla vətəndaş saxlanılıb.

XS
SM
MD
LG