Avqustun 12-də Rusiya, Azərbaycan və İran üç ölkənin enerji şəbəkələri arasında “Şimal - Cənub” enerji dəhlizi layihəsinin texniki iqtisadi əsaslandırmanı müştərək hazırlamaqla bağlı saziş imzalayıb.
Rusiya Energetika Nazirliynin məlumatına görə, Azərbaycanın “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti, İranın “Tavanir” şirkəti, Rusiyanın Vahid Enerji Sisteminin tərəf olduqları saziş üç ölkənin enerji sistemlərinin qovuşmasına dair layihədə sifarişçi qismində iştirak edən “Tavanir” şirkəti digər iki iştirakçı ilə razılaşmaq şərti ilə əsaslanmanı hazırlayacaq şirkəti seçəcək. Sənədləri bir il ərzində hazırlayıb yekunlaşdırmaq nəzərdə tutulur.
2005-ci ildə Azərbaycanla Rusiya arasında iqdisadi əməkdaşlığa dair Hökumətlərarası Komissiyasının qərarlarında iki ölkə arasında enerji sistemlərin birləşdirilməsinə qarşılıqlı maraq ifadə olunub. Bundan əvvəl Rusiya tərəfi texniki şərtlərini hazırlayaraq Azərbaycana və İrana göndərib.
Bakıda 2018-ci il aprelin 26-da üç ölkənin enerji nazirlərinin müavinləri səviyyəsində enerji sistemlərinin birləşdirilməsi məsələsinə dair üçtərəfli işçi qrupu yaradılmışdı.