Accessibility links

Azərbaycan Rusiyanın helikopterini vurduğu üçün üzrxahlıq edib


Bazar ertəsi, noyabrın 9-da Azərbaycanın Naxçıvan Muxtar Respublikasının Ermənistanla sərhədi yaxınlığında Rusiyanın Ermənistandakı 102-ci rus hərbi bazasının avtomobil kolonunu müşayət edən Mi-24 helikopteri ZRK raketi ilə vurulub. Atəş nəticəsində helikopter idarəetməni itirib və Ermənistanın dağlıq ərazisinə düşüb.

Nəticədə iki ekipaj üzvü həlak olub, bir nəfər orta zədələrilə evakuasiya edilib.

Azərbaycan helikopterin Naçıvandakı hərbi bölüm tərəfindən vurulduğunu etiraf edib və üzrxahlıq edib.

Azərbaycan Xarici İşlər Naziliyi bildirir ki, helikopter Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi zonasında aktiv hərbi döyüşlərin davam etdiyi bir vaxtda Ermənistan-Azərbaycan dövlət sərhədinin tam yaxınlığında uçuşu həyata keçirib.

“Uçuş günün qaranlıq vaxtında, aşağı hündürlükdə, hava müdafiəsi sisteminin radar müşahidəsindən kənar zonada həyata keçirilib. Bundan öncə həmin ərazidə Rusiya Federasiyası Hərbi Hava Qüvvələrinin helikopterləri müşahidə edilməyib. Qeyd olunan amilləri və bölgədəki gərgin vəziyyəti, habelə erməni tərəfinin mümkün təxribatları ilə əlaqədar yüksək döyüş hazırlığını nəzərə alaraq, növbətçi hərbi bölüm tərəfindən atəşin açılması qərarı verilib. Təsadüfi xarakter daşıyan və Rusiya tərəfinə qarşı yönəlməyən bu faciəvi hadisə ilə bağlı Azərbaycan tərəfi Rusiya tərəfindən üzrxahlığını bildirir. Azərbaycan tərəfi həlak olan ekipaj üzvlərinin ailələrinə dərin başsağlığı bildirir və xəsarət alanların tezliklə sağalmalarını diləyir. Azərbaycan tərəfi müvafiq kompensasiyanın ödənilməsinə hazır olduğunu bildirir,” Azərbaycan Xarici İşlər Nazirliyinin açıqlamasında deyilir.

Ermənistanın Xarici İşlər Nazirliyi yaydığı bəyanatda Rusiya Fderasiyasına və həlak olanların ailələrinə "ən dərin başsağlığını" ifadə edib.

Rəsmi Yerevan "faciəvi insidentin" Dağlıq Qarabağ münaqişə zonasından uzaqda baş verdiyini vurğulayaraq Azərbaycan tərəfinin buna "bəraət qazandırmaq" cəhdlərini "saxta və əsassız" adlandırıb.

"Biz əminik ki, Rusiya Federasiyası Silahlı Qüvvələrinə qarşı qüvvə tətbiqi adekvat cavab alacaq," nazirlik bəyanatı tamamlayıb.

Şərhlərə bax

XS
SM
MD
LG