Accessibility links

Azərbaycan Xarici İşlər Nazirliyi Jirinovskinin dedikləri ilə bağlı Rusiya tərəfə nota təqdim edib


Azərbaycan xarici işlər nazirliyi
Azərbaycan xarici işlər nazirliyi

Avqustun 1-də Rusiyanın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Azərbaycan Xarici İşlər Nazirliyinə dəvət olunub. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Rəsmi məlumatda bildirildiyinə görə, görüş zamanı Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovskinin “Komsomolskaya Pravda” radiosunun “İtoqi s Jirinovskim” proqramının cari ilin 30 iyul tarixli buraxılışında Azərbaycanın dövlətçiliyi və rəhbərliyi ünvanına səsləndirdiyi qərəzli və təhqiramiz fikirləri ilə bağlı ciddi narahatlıq və etiraz müvəqqəti işlər vəkilinin diqqətinə çatdırılıb.

“Rusiya Dövlət Dumasında deputat mandatı ilə təmsil olunan bir şəxsin bu davranışının qeyri-etik olmaqla yanaşı, dövlətlərimiz arasında mövcud olan dostluq və strateji tərəfdaşlıq münasibətlərinin ruhuna uyğun olmadığı, habelə bu münasibətlərə zərər gətirilməsinə hesablanmış məsuliyyətsiz və təxribat xarakterli ifadələrin səsləndirilməsinin qəbuledilməz olduğu vurğulanıb" məlumatda qeyd edilib.

Rəsmi məlumatda bildiriir ki, "sözügedən hal ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin qarşı tərəfə notası təqdim olunub".

Öz növbəsində Rusiya tərəfi bununla bağlı hələlik rəsmi açıqlama verməyib.

XS
SM
MD
LG