Accessibility links

Azərbaycan sülhməramlıları Əfqanıstandan çıxarılıb


Azərbaycan sülhməramlıları Kabildə

Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanında xidməti vəzifələrini yerinə yetirən 120 nəfərdən ibarət Azərbaycan sülhməramlısı tam heyətdə avqustun 26-da bu ölkədən çıxarılıb.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

“Hazırda sülhməramlılarımız və onlara məxsus silah, hərbi əmlak hava yolu ilə Ankara şəhərinə daşınıb. Qısa müddətdə hərbi qulluqçularımızın vətənə qayıdışı planlaşdırılır. Qarşıya qoyulan tapşırıqları qardaş Türkiyə qüvvələri ilə birlikdə müvəffəqiyyətlə yerinə yetirən Azərbaycan sülhməramlıları xidməti vəzifələrini yüksək peşəkarlıqla icra edərək Əfqanıstanda təhlükəsizliyi təmin edib,” məlumatda qeyd edilir.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.

Azərbaycan sülhməramlıları Türkiyə sülhməramlılarının tərkibində Kabil şəhərində yerləşən Beynəlxalq Hava Limanını qoruyurdu.

Amerika İcmalı

Amerika İcmalı - 24 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:28:23 0:00
XS
SM
MD
LG