Accessibility links

Azərbaycan sərhədini pozan İran vətəndaşı yaralanıb


Dövlət Sərhəd Xidməti

Azərbaycanın İranla sərhədində Azərbaycan sərhədçilərinin silah tətbiq etməsi nəticəsində bir nəfər yaralanıb.

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) və Baş Prokurorluğun birgə məlumatında deyilir ki, sentyabrın 8-də Füzuli rayonunun Böyük-Bəhmənli kəndi (Bakıdan 437 kilometr cənub-qərb) yaxınlığında İrandan Azərbaycan istiqamətində 3 nəfər naməlum şəxsin dövlət sərhədini pozması zamanı silah tətbiq olunub.

“Sərhəd pozucularından 1-i yaralanıb, digər 2 nəfəri havanın qaranlıq və ərazinin meşə massivi olmasından istifadə edərək ərazidən uzaqlaşmağa müvəffəq olub.”

Sərhəd Xidməti bildirir ki, qol nahiyəsindən yüngül yaralanan sərhəd pozucusuna zəruri tibbi yardım göstərilib.

Saxlanılan şəxs özünü İran vətəndaşı Zəmani Mirəsgər Mirağa kimi təqdim edib. Onun əlindəki çantaya baxış zamanı içərisindəki bağlamalardan təxmini çəkisi 11 kiloqram 770 qram olan narkotik vasitə aşkar edilib

Faktla bağlı Füzuli Hərbi Prokurorluğunda cinayət işi başlanılıb.

Saxlanılan İran vətəndaşının vəkili, ailə üzvləri və İranın Azərbaycandakı Səfirliyi Azərbaycanın rəsmi qurumlarının məlumatına hələ münasibət bildirməyib.

Azərbaycan ərazisinə narkotik maddələrin əksəriyyəti İran ərazisi vasitəsi ilə daxil olur. İstintaq yolu ilə müəyyən edilib ki, hüquq-mühafizə, gömrük, sərhəd xidməti orqanlarının tutduğu böyük həcmli narkotik partiyaların əsasən İrandan gətirilərək Azərbaycan ərazisi vasitəsi ilə Avropa ölkələrinə daşınması nəzərdə tutulub.

Azərbaycan hüquq-mühafizə orqanları demək olar ki, hər həftə İrandan ölkə ərazisinə gətirildiyi ehtimal edilən yüz kiloqramlarla narkotikin tutulması barədə məlumatlar yayır. İranla sərhəddə narkotik qaçaqmalçıları ilə Azərbaycan sərhədçiləri arasında tez-tez atışmalar olduğu barədə rəsmi məlumatlar yayılır. Atışmalar zamanı bir neçə narkotacir, sərhədçi öldürülüb və ya yaralanıb.

2021-ci il martın 4-də Dövlət Gömrük Komitəsinin rəhbəri Səfər Mehdiyev bildirib ki, son üç il ərzində Azərbaycan Dövlət Gömrük Komitəsi 4,6 ton narkotik, psixotrop maddə və onların prekursorlarını müsadirə edib.

Azərbaycan və İran rəsmilərinin görüşlərində narkotik qaçaqmalçılığının qarşısının alınması ilə bağlı məsələlər dəfələrlə müzakirə edilsə də, qanunsuz narkotik daşınması artmaqda davam edir.

Şərhlərə bax

Dünyaya Baxış

Dünyaya Baxış. Volodimir Zelenskinin köməkçisinə qarşı sui qəsd cəhdi edilib
please wait

No media source currently available

0:00 0:10:00 0:00

Amerika İcmalı

Amerika İcmalı - 17 Sentyabr 2021
please wait

No media source currently available

0:00 0:29:53 0:00
XS
SM
MD
LG