Accessibility links

Azərbaycan Sarayevoya 40 min doza vaksin göndərib


Bu gün, iyulun 19-da "Azərbaycan Hava Yolları"nın (AZAL) təyyarəsi ilə Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərinə humanitar yardım olaraq koronavirusa qarşı 40 min peyvənd çatdırılıb.

Bu barədə Azərbaycan Hava Yolları-AZAL məlumat yayıb.

Rəsmi məlumata görə, Azərbaycan koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə üçün humanitar yardım olaraq, həmçinin Tacikistana 40 min "AstraZeneca" vaksininin dozası çatdıracaq.

Bundan öncə Azərbaycan koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə humanitar yardım olaraq iyulun 16-da Özbəkistana 50 min doza, iyulun 17-də isə Qırğız Respublikasına 40 min doza AstraZeneca vaksini göndərib.

XS
SM
MD
LG