Accessibility links

Azərbaycan Silahlı Qüvvələri genişmiqyaslı təlimlərə başlayıb


Hərbi təlim
Hərbi təlim

İyulun 2-də Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif qoşun növləri, qismləri, birlik və birləşmələrinin iştirakı ilə genişmiqyaslı təlimləri başlayıb.

Təlimlərin keçirildiyi yer açıqlanmır.

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, təlimlərə 20 minədək şəxsi heyət, 120-dən çox tank və digər zirehli texnika, 200-dən artıq müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemlər və minaatan, 30-dək müxtəlif təyinatlı ordu və cəbhə aviasiyası cəlb olunub.

Təlimlərdə döyüş əməliyyatlarının aparılmasının müasir təcrübəsi nəzərə alınmaqla qoşunlar müxtəlif növ qoşun əməliyyatlarının keçirilməsini icra edəcək. Eləcə də şərti düşmənə yüksək dəqiqlikli silah sistemlərinin etibarlı raket, artilleriya, bomba-hücum, eləcə də aviasiya və pilotsuz uçuş aparatları (PUA) ilə atəş zərbələrinin endirilməsi də daxildir.

Bununla birgə, Silahl Qüvvələr genişmiqyaslı hücum əməliyyatının keçirilməsi ilə ərazilərin azad edilməsi üzrə tapşırıqları yerinə yetirəcək.

Təlimlər ölkə ərazisində havanın temperaturunun yüksək olduğu şəraitdə keçirilir. Bundan öncə Müdafiə Nazirliyinin mətbuat xidməti bildirmişdi ki, günün ən isti vaxtı - saat 11-dən 17-dək təlimlər keçirilməyəcək. Təlimlər iyulun 6-dək davam edəcək.

XS
SM
MD
LG