Accessibility links

Azərbaycan Sputnik V və Astra Zeneca vaksinlərinin birgə tətbiqi üçün kliniki tədqiqatlara icazə verib


Vaksin
Vaksin

Fevralın 9-da Azərbaycanda koronavirus infeksiyasından 330 nəfər müalicə olunaraq sağalıb, 164 yeni yoluxma faktı qeydə alınıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə 231 min 362 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 225 min 678 nəfər müalicə olunaraq sağalıb, 3163 nəfər vəfat edib. Aktiv xəstə sayı 2521 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 463 min 610 test aparılıb. Bugünkü test sayı isə 6960-dır.

Azərbaycanda yanvarın 18-dən başlayaraq vaksinasiya başlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, iki mərhələdən ibarət olan vaksinasiya prosesinin birinci mərhələsi fevralın 1-də başa çatıb. Fevralın 8-dən 65 yaşdan yuxarı şəxslər vaksinasiya olunur.

Nazirlər Kabineti bildirir ki, indiyədək ölkəyə cəmi 848 min doz vaksin gətirilib.

Azərbaycan Səhiyyə Nazirliyi isə Sputnik V və Astra Zeneca vaksinlərinin birgə tətbiqi üçün ölkədə kliniki tədqiqatlar aparılmasına icazə verib. Nazirlik bildirir ki, tədqiqatların fevralın sonuna qədər başlanılması nəzərdə tutulur.

Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Həmin vaxtdan tətbiq edilən xüsusi karantin rejimi bu il aprelin 1-dək davam edəcək.

Nazirlər Kabinetinin qərarına görə, xüsusi karantin rejiminin qüvvədə olduğu müddətdə ölkə üzrə bütün qapalı və açıq məkanlarda tibbi maskalardan istifadə məcburidir.

XS
SM
MD
LG