Accessibility links

Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir


Azərbaycan və Türkiyə hərbçiləri

İyunun 3-də Bakıda Azərbaycan-Türkiyə 13-cü Yüksək Səviyyəli Hərbi Dialoq İclası başlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, iclasda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə ikitərəfli əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilir, hərbi və müdafiə sahəsində inkişaf perspektivləri və əsas fəaliyyət istiqamətləri nəzərdən keçirilir.

İclasın Azərbaycan tərəfdən həmsədri Müdafiə nazirinin müavini Kərim Vəliyev, Türkiyə tərəfdən isə Baş Qərargahın ikinci rəisi Selçuk Bayraktaroğludur.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən bəri ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının ikinci rəisi sədrlik edir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

Amerika İcmalı

Amerika İcmalı - 26 Noyabr 2021
please wait

No media source currently available

0:00 0:30:16 0:00
XS
SM
MD
LG