Accessibility links

Azərbaycan Türkiyə vətəndaşları üçün viza tələbini 30 günədək ləğv edib


Azərbaycana 30 günədək müddətə səfər etmək istəyən Türkiyənin ümumvətəndaş pasportuna malik vətəndaşları üçün 1 sentyabr 2019-cu ildən etibarən viza tələbi ləğv edilir.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda deyilir ki, Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən Türkiyə Xarici İşlər Nazirliyinə viza tələbinin ləğvi ilə bağlı nota ünvanlanıb.

“Əlavə edək ki, Azərbaycan ərazisində 30 gündən artıq qalmaq istəyən Türkiyə vətəndaşlarının statusu Azərbaycanın müvafiq qanunları ilə tənzimlənir” , nazirlik qeyd edir.

Xatırladaq ki, Türkiyə Hökuməti 2007-ci ildən bu ölkəyə 30 günədək səfər edən Azərbaycan vətəndaşlarını viza tələbindən azad edib.

“Viza tələbinin ləğvi qərarı Azərbaycan və Türkiyə arasında qardaşlıq və dostluq münasibətlərinin yüksələn xətlə inkişafına növbəti əsaslı töhfə olacaqdır” ,Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

XS
SM
MD
LG