Accessibility links

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq iclası keçirilir


Ankarada keçirilən Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasında Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri müzakirə edilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, iclasda həmçinin hərbi dialoq çərçivəsində müzakirələrdə cari ildə görülmüş işlər təhlil edilərək 2019-cu il üçün fəaliyyət planı razılaşdırılacaq.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

Dekabrın 20-dək davam edəcək iclasın Azərbaycan tərəfindən həmsədri müdafiə nazirinin müavini Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi Mətin Gürakdır.

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası 2007-ci ildən ildə bir dəfə olmaqla keçirilir. Nümayəndə heyətlərinə Azərbaycan tərəfdən müdafiə nazirinin müavini, Türkiyə tərəfdən isə Silahlı Qüvvələrin Baş Qərargahının II rəisi sədrlik edir.

Yüksək Səviyyəli Hərbi Dialoq İclası çərçivəsində Siyasi-Hərbi Yardımçı İşçi Qrupu, Müdafiə Sənayesində Əməkdaşlıq üzrə Yardımçı İşçi Qrupu və Maddi-Texniki Təminat üzrə Yardımçı İşçi Qrupu fəaliyyət göstərir.

XS
SM
MD
LG