Accessibility links

Azərbaycan Türkiyədə meşə yanğınlarının söndürülməsinə 500 nəfərlik heyət göndərir


Meşə yanğını

Azərbaycan Fövqəladə Hallar Nazirliyinin 500 nəfərdən ibarət şəxsi heyəti, helikopterlər, həmçinin digər lazımi avadanlıq və ləvazimatlar ən qısa zamanda Türkiyəyə göndəriləcək.

Bu barədə Azərbaycan baş naziri Əli Əsədov ilə Türkiyənin vitse-prezidenti Fuat Oktay arasında telefon danışığından sonra Azərbaycan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Mətbuat xidmətinin məlumatında deyilir ki, telefon danışığı zamanı Azərbaycan hər zaman olduğu kimi, bu çətin məqamda da qardaş ölkənin yanında olduğunu bildirib.

Baş nazir Əli Əsədov meşə yanğınları ilə mübarizədə Azərbaycanın Türkiyəyə hər cür yardım göstərməyə və bunun üçün bütün lazımi qüvvələri səfərbər etməyə hazır olduğunu vurğulayıb.

Türkiyədə baş verən çoxsaylı meşə yanğınları ilə əlaqədar Azərbaycanın İstanbul şəhərindəki baş konsulluğunda “qaynar xətt” yaradılıb.

Konsulluğun məlumatına görə, iyulun 30-da günorta saatlarınadək yanğının Azərbaycan vətəndaşlarına təsiri barədə konsulluğa məlumat daxil olmayıb.

Son 2 gün ərzində Türkiyənin müxtəlif şəhərlərində meşə yanğınları qeydə alınıb. Yanğınlar Adana, Antalya, Muğla, Mersin və Osmaniyə, Antalya, Bodrum və başqa bölgələrini əhatə edir.

Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik naziri Bekir Pakdemirli bildirib ki, 21 nöqtədə yanğınlar hələ davam edir.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG