Accessibility links

Azərbaycan, Türkmənistan və Əfqanıstan nəqliyyat sahəsində “yol xəritəsi” imzalayıb


Lapis-Lazuli dəhlizi

Azərbaycan, Türkmənistan və Əfqanıstan nəqliyyat sektorunda əməkdaşlıq üçün yol xəritəsi imzalayıb.

Bu barədə Türkmənistan hökumətinin rəsmi saytı məlumat yayıb.

İmzalanma yanvarın 19-da Azərbaycan, Türkmənistan və Əfqanıstanın hökumətlərarası işçi qrupunun rəhbərləri tərəfindən Lazuli nəqliyyat dəhlizinin potensialını reallaşdırma imkanları, nəqliyyat və kommunikasiya sahəsində qarşılıqlı əlaqələrin inkişafı ilə bağlı onlayn qaydada müzakirəsindən sonra baş tutub.

Görüş nəqliyyat və rabitə sektorundan məsul olan Türkmənistan Baş Nazirinin müavini Bayramgəldi Ovezov, Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev və Əfqanıstan Mərkəzi Bankının sədri vəzifəsini icra edən Ajmal Əhməd arasında olub.

Lapis Lazuli (Lazuli yolu) Beynəlxalq Tranzit Dəhlizinin yaradılması ilə bağlı 2017-ci il noyabrın 15-də Aşqabad şəhərində Türkiyə, Gürcüstan, Azərbaycan, Türkmənistan və Əfqanıstan hökümətləri arasında müqavilə imzalananıb. Müqaviləyə əsasən adları sadalanan ölkələr öz aralarında regional dəmir yolları və magistral yollarla birləşərək yeni ticarət dəhlizi formalaşdırır. Həmçinin yeni müqavilə tarixi Lapis Lazuri ticarət yolunun yenidən bərpasını nəzərdə tutur. Lapis Lazuri beynəlxalq ticarət dəhlizi ideyası ilk dəfə 2012-ci ildə Əfqanıstan tərəfindən irəli sürülüb. Məqsəd dənizə çıxışı olmayan Əfqanıstanın region ölkələrilə ticarət və iqtisadi əlaqələrini gücləndirmək, həmçinin yerli Əfqan mallarının qısa və təhlükəsiz yolla Avropa bazarlarına daşınmasını təmin etməkdir. Layihənin ilkin mərhələdə büdcəsi 2 milyard ABŞ dolları həcmində müəyyən edilib.

Dəhlizin başlağıc nöqtəsi kimi Əfqanıstan – Türkmənistan sərhədinin yaxınlığında yerləşən Aqina şəhəri (Fəryab əyaləti) və Torqundi şəhəri (Herat əyaləti)i təyin edilib. Bu şəhərlər qonşu Türkmənistanla dəmir yolu əlaqəsinə malik olub Əfqanıstanı Xəzər Dənizi hövzəsi ilə birləşdirəcək əsas şəbəkədir. Türkmənistan ərazisindən dəmir yolu vasitəsilə daşınan yüklərin əvvəlcə Türkmənbaşı Dəniz limanına oradan isə Bakıda beynəlxalq Ələt limanına daşınması nəzərdə tutulub. Bakı limanından yüklər yenidən dəmir yolu vasitəsilə Gürcüstana (Poti və Batumi limanlarına), oradan Türkiyəyə və Avropa ölkələrinə daşınması planlaşdırılır.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG