Accessibility links

Azərbaycan Tel-Əvivdə Ticarət və Turizm Nümayəndəliyi açıb


İsraildə Azərbaycan Turizm Nümayəndəliyi

İsrailin Təl-Əviv şəhərində Azərbaycanın Ticarət və Turizm nümayəndəlikləri açılıb. Bu barədə Azərbaycanın İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Açılış mərasimlərində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, İsrailin turizm naziri Yoel Razvozov və Azərbaycan Turizm Agentliyinin sədri Fuad Nağıyevin iştirak edib.

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycanın İsraildə Ticarət və Turizm nümayəndəliklərinin ikitərəfli ticarət-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli olacağını bildirib.

İqtisadiyyat naziri enerji, səhiyyə, rəqəmsallaşma, investisiyalar, innovasiya, İKT, kənd təsərrüfatı, su resurslarının idarə edilməsi, turizm kimi sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialı vurğulayıb və İsrail iş adamlarını Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühitindən faydalanmağa dəvət edib.

Azərbaycanın Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev bildirib ki, "Azərbaycanda yəhudi irsi" turizm marşrutu hazırlanıb, həmçinin İsrailin Azərbaycandakı Səfirliyi ilə birlikdə ölkənin şimal hissədində yerləşən Qırmızı qəsəbədə dağ yəhudilərinin sıx yaşadığı ərazidə turizm marşrutlarının inkişafı və təkmilləşdirilməsi istiqamətində addımlar atılır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə səfərdədir
İqtisadiyyat naziri Mikayıl Cabbarov İsraildə səfərdədir

İsrailin turizm naziri Yoel Razvozov İsrail-Azərbaycan münasibətlərinin strateji xarakter daşıdığını, qarşılıqlı etimad və hörmətə əsaslandığını qeyd edib.

“30 il ərzində ölkələrimiz əməkdaşlıq sahəsində böyük nailiyyətlər əldə edib, bununla belə İsraildə Azərbaycanın Ticarət və Turizm nümayəndəliklərinin açılması əməkdaşlığımızda tarixi hadisədir,” o qeyd edib.

İsrail Azərbaycanın müstəqilliyini 1991-ci il dekabrın 25-də tanıyıb. 7 aprel 1992-ci ildə diplomatik əlaqələr qurulub. 1993-ü ilin avqustundan etibarən İsrailin Azərbaycanda səfirliyi fəaliyyət göstərir. Bununla yanaşı, Azərbaycanın İsraildə səfirliyi yoxdur.

Azərbaycan Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə Azərbaycandan İsrailə ixrac 1,3 milyard dollar, İsraildən Azərbaycana idxal 43,7 milyon dollar həcmində olub.

Rəsmi məlumata əsasən Azərbaycan İsrailə xam neft və qaz, həmçinin neft məhsulları, İsrail isə Azərbaycana daha çox silah-sursat və texnologiyalar ixrac edir. Azərbaycanda, əsasən Bakıda və Quba rayonundakı Qırmızı Qəsəbədə yaşayan təxminən 30 000 yəhudi var.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG