Accessibility links

Azərbaycan UNESCO-nun hökumətlərarası komitəsinə üzv seçilib


Azərbaycan UNESCO-nun qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin üzvü seçilib.

Bu barədə Azərbaycan Xarici İşlər və Mədəniyyət nazirliklərinin birgə bəyanatında deyilir.

Belə ki, iyunun 4-dən 6-dək UNESCO-nun Baş qərargahında təşkilatın Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Konvensiyasına üzv ölkələrin 7-ci Baş Assambleyası keçirilib. Sessiya çərçivəsində Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitədə azad olmuş yerlərə seçki olub. Azərbaycan 90 səslə namizədlər arasında ən çox səs yığaraq komitəyə üzv seçilib. Digər yerə isə 52 səslə Polşa seçilib.

Azərbaycan 2010–2014-cü illərdə də Qeyri-maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitədə təmsil olunub.

Amerika İcmalı

Amerika İcmalı - 22 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:58 0:00
XS
SM
MD
LG