Accessibility links

Azərbaycan və Çin şirkətləri arasında 821 milyon dollar dəyərində sazişlər imzalanıb


Pekində imzalanma mərasimi
Pekində imzalanma mərasimi

Pekində keçiriləcək 2-ci "Bir kəmər, bir yol" beynəlxalq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollar olan saziş imzalanıb.

AzərTAC bildirib ki, Sumqayıt Kimya Sənaye Parkı ərazisində şin istehsalı zavodunun qurulmasına, Kürdəmir rayonunda 300 hektaradək sahədə müasir istixana kompleksinin tikintisinə, Quba, Xaçmaz və Göyçayda aqro-logistik sənaye parklarının yaradılmasına, "Azerbaijan Digital HUB" proqramı çərçivəsində Asiya-Avropa telekommunikasiya dəhlizinin yaradılmasına, Transxəzər Nəqliyyat Dəhlizi vasitəsilə Bakıya və Azərbaycan ərazisindən tranzit keçməklə digər ölkələrə 2500-dək konteynerin daşınmasına, Azərbaycan istehsalı olan şərab və digər spirtli içkilərin Çinə ixracına, Çinin Çendu şəhərində Azərbaycan Ticarət Evinin yaradılmasına dair Əməkdaşlıq Memorandumu imzalanıb.

Azərbaycan Cənubi Qafqaz regionunda Çinin əsas ticarət tərəfdaşıdır. Bunu iqtisadiyyat naziri Şahin Mustafayev bildirib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətində ölkənin payı 43 faiz təşkil edir.

Çin investorları Azərbaycana 800 milyon dollardan çox sərmayə yatırıblar. Azərbaycanın Çin iqtisadiyyatına yatırdığı investisiyaların həcmi isə 1 milyard 700 milyon dollar təşkil edir.

"Bir kəmər, bir yol" forumunda Azərbaycan prezidenti İlham Əliyev də iştirak edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG