Accessibility links

Azərbaycan xarici işlər naziri İrana başsağlığı verdi


Azərbaycan və İran xarici işlər nazirləri Elmar Məmmədyarovla Cavad Zərif arasında telefon danışığı olub.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat üçün məlumatına görə, telefon danışığı zamanı nazirlər bölgədəki son hadisələri və vəziyyətin gərginləşməsini müzakirə ediblər.

"Azərbaycan bütün tərəfləri zorakılıqdan çəkinməyə və regional təhlükəsizliyi möhkəmləndirməyə sadiq qalmağa çağırır. Nazir Məmmədyarov general Qasem Soleymaninin həlak olması ilə əlaqədar İran İslam Respublikasının rəhbərliyinə və xalqına dərin başsağlığı bildirib," Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

İranlı general Qasim Süleymani yanvarın 3-də Bağdadın beynəlxalq hava limanında ABŞ-ın hava zərbəsi nəticəsində öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Aleksey Navalnı Saxarov Mükafatına layiq görülüb
please wait

No media source currently available

0:00 0:11:19 0:00

Amerika İcmalı

Amerika İcmalı - 15 Oktyabr, 2021
please wait

No media source currently available

0:00 0:29:08 0:00
XS
SM
MD
LG